Deyirsiniz ki, peyğəmbər üçün qurban kəsmək olmaz. Sübutunuz var?
Müsəlmanlar > Fitvalar > Qurban Tarix: 27 Şubat 2011 Tövsiyə et Çap et
Sual: Siz deyirsiniz ki, peyğəmbərə qurban kəsmək olmaz. Buna sübutunuz var? Çünki mən bu məsələni “kəsmək mümkündür” kimi bilirəm və bunu bir hədislə sübut edirəm: Xunnəs (r. a.) nəql edir: “Mən həzrəti Əlini (r. a.) iki qoç kəsəndə gördüm və ondan bunların nə olduğunu soruşdum. O da cavab olaraq: “Peyğəmbər (ə. s.) mənə özü üçün qurban kəsməyi vəsiyyət etmişdi, indi mən onları kəsirəm”, - dedi (Sünəni-Əbu Davud, Ədahi, 2)”. Deməli, peyğəmbərimizə (ə. s.) qurban kəsmək şəxsən onun vəsiyyətidir. Siz də dediklərinizlə əlaqədar bir dəlil-sübut və mənbə göstərin.

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, bu hədisi rəvayət edən Xunnəs yox, Hanəşdir. Bu hədisə Tirmizi və Əbu Davudun külliyatında təsadüf edilir. Tirmizidəki rəvayət belədir:

“Həzrəti Əlidən (r. a.) rəvayət olunduğuna görə o, biri peyğəmbərin, digəri də öz adından olmaqla iki qurban kəsirdi. Ondan bunun səbəbini soruşduqda belə cavab verdi: “Belə etməyimi mənə rəsulullah (ə. s.) əmr etdi və mən belə etməyi heç vaxt tərk etməyəcəyəm”.1

İmam Tirmizi bu hədis haqqında: “Bu hədis qəribdir. Biz bunu ancaq Şərikin rəvayəti ilə bilirik”, – deyib.

Hədisin Əbu Davudun Sünənindəki versiyası isə belədir:

“Hanəş belə dedi: “Mən gördüm ki, həzrəti Əli iki qoçu birdən qurban kəsir. (Ondan) Bunun nə olduğunu soruşdum. Dedi ki, peyğəmbər mənə (sağ ikən, ölümündən sonra hər il) öz yerinə bir qurban kəsməyimi əmr etdi. İndi mən onun yerinə qurban kəsirəm” (Əbu Davud, Dəhaya, 2).

Bu hədis onunla əməl edilməyəcək qədər zəifdir. Çünki hədisin sənədində hədis alimləri tərəfindən kim olması məchul olan Əbul-Həsna və barəsində “onun hədislərini dəlil kimi istifadə etmək olmaz”, “zəifdir”, “mötəbər deyil”, “Həzrəti Əlidən təkcə özünün rəvayət etdiyi hədislər etibarlı ravilərin hədislərinə oxşamır. Buna görə də onun hədisi dəlil ola bilməz” kimi müxtəlif tənqidlər olan Hanəş ibn Əl-Mutəmir də var. Beləliklə, bu hədis dəlil təşkil etmək xüsusiyyətindən uzaqdır.

Əl-Mübarəkfuri Töhfətul-əhvəzi adlı əsərində bu məsələyə dair belə deyib:

“Mən ölən bir insanın əvəzinə ayrı bir qurban kəsilməsi ilə əlaqədar səhih və mərfu bir hədisə rast gəlməmişəm. Həzrəti Əlidən bu məsələ ilə əlaqədar nəql olunan hədis zəifdir. Belə olmaqla yanaşı, əgər bir kimsə ölən bir şəxsin yerinə ayrı bir qurban kəssə, ehtiyat olaraq bu qurbanın ətindən yemeyib hamısını sədəqə kimi verməlidir”.2

QEYD: Peyğəmbərimizin sağ ikən biri özü üçün, digəri də ümmətindən imkanı olmayanlar üçün iki qoç qurban kəsməsi tamamilə başqa bir haldır. Həmin məsələ ilə əlaqədar olaraq saytımıza yerləşdirdiyimiz geniş bir yazını buradan oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1038.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Tirmizi, Ədahi, 3. []
  2. MƏNBƏLƏR: Əl-Mübarəkfuri, Töhfətul-əhvəzi, Qahirə, 2001, IV cild, s. 433-434, 1495-ci hədisin şərhi; Əs-Səharənfuri, Bəzlul-məchud fi həlli Əbi Davud, Beyrut, XIII cild, s. 10-11; Sünəni-Əbu Davud tərcümə və şərhi, Hüseyin Kayapınar, Necati Yeniel, Necat Akdeniz, Şamil nəşriyyatı, Dəhaya, 1-2-ci bablar, 2790-cı hədisin şərhi. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.350 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Haram yolla əldə edilən heyvandan qurban olar? 29.09.14 1.557 dəfə oxundu
2 Borc götürüb qurban kəsmək dini cəhətdən düzgündür? 09.11.09 2.052 dəfə oxundu
3 İfrad həcci və həcdə qurban kəsməyə gücü çatmayanlar 15.03.10 1.736 dəfə oxundu
4 Qurbanın dərisini nə etmək lazımdır? 04.11.11 1.810 dəfə oxundu
5 Qurbanı xaricdə qurban kəsdirən təşkilatlara bağışlamaq olar? 18.10.12 1.468 dəfə oxundu
6 Ailənin adından bir qurban 26.02.10 3.685 dəfə oxundu
7 Ailə üzvlərindən bir nəfərin qurban kəsməyi kifayət edirmi? 09.11.09 1.750 dəfə oxundu
8 Deyirsiniz ki, peyğəmbər üçün qurban kəsmək olmaz. Sübutunuz var? 27.02.11 2.350 dəfə oxundu
9 Qurban bayramında iki qurban kəsmək olar? 04.11.11 1.688 dəfə oxundu
10 İmkansız qohumlar üçün qurban kəsmək olar? 18.10.12 1.357 dəfə oxundu
11 Qurban kəsmək üçün nə qədər pulumuz olmalıdır? 02.11.09 2.012 dəfə oxundu
12 Səfər üstündə qurban 09.11.09 1.868 dəfə oxundu
13 Xristianlıqda İsa əleyhissəlamın yanında niyə quzu simvolu var? 29.02.16 1.154 dəfə oxundu
14 Bəzi “xeyriyyə” təşkilatlarının qurban kampaniyaları 04.11.11 1.367 dəfə oxundu
15 8-9 aylıq toğludan qurban olar? 18.10.12 1.939 dəfə oxundu
16 Ölmüş şəxslər üçün qurban 03.11.09 2.098 dəfə oxundu
17 İbrahim peyğəmbər hansı oğlunu qurban kəsmək istədi? 07.01.10 7.133 dəfə oxundu
18 Ərəfə günündə kəsilən qəbir qurbanı 20.07.11 2.214 dəfə oxundu
19 Qurbanlıq heyvanın yaşı nəyə əsasən hesablanır? 05.11.11 2.137 dəfə oxundu
20 Bayramın hər günü qurban kəsmək olar? 22.10.12 1.640 dəfə oxundu
21 Şərikli qurban 03.11.09 1.864 dəfə oxundu
22 Qurban kəsildikdə yanında olmaq lazımdır? 01.10.14 1.934 dəfə oxundu
23 Qurban kəsən bir şəxs özünə gətirilən qurban tikəsini nə etməlidir? 15.10.11 2.524 dəfə oxundu
24 Xeyriyyə təşkilatlarına qurban bağışlamaq düzdür? 05.11.11 1.445 dəfə oxundu
25 Qurban təkbirləri mütləq müəyyən bir tonda deyilməlidir? 22.10.12 1.376 dəfə oxundu
26 Qurban əvəzinə sədəqə 03.11.09 1.871 dəfə oxundu
27 Axta heyvandan qurban olar? 12.11.10 1.944 dəfə oxundu
28 Dişi qoyundan qurban olar? 16.10.11 3.853 dəfə oxundu
29 Şok metodu ilə qurban kəsmək düzgündür? 05.11.11 1.406 dəfə oxundu
30 Qurban kəsib kəsməməkdə maddi imkanın meyarı nədir? 22.10.12 1.670 dəfə oxundu
31 Qurban əti kimə verilməlidir? 03.11.09 2.670 dəfə oxundu
32 Qurban bayramında balalayan heyvanı və balasını kəsmək olar? 12.11.10 1.641 dəfə oxundu
33 Xeyriyyə təşkilatı qurban ətini sata bilər? 25.10.11 1.330 dəfə oxundu
34 Quyruğu kəsilən heyvanı qurban kəsmək olar? 05.11.11 1.511 dəfə oxundu
35 Qurban ət bayramı, yaxud da qətliamdır? 23.10.12 1.416 dəfə oxundu
36 Şükür qurbanı kəsmək və ətindən yemək 06.11.09 2.313 dəfə oxundu
37 At və ceyran kimi halal heyvanları qurban kəsmək olar? 14.11.10 2.040 dəfə oxundu
38 Birinci dəfə qurban kəsən şəxs böyük heyvan kəsməlidir, yoxsa kiçik? 03.11.11 1.538 dəfə oxundu
39 Bayram namazını tək qılmaq olar? 05.01.12 6.566 dəfə oxundu
40 Uşaqlar qurbanın kəsildiyini görməlidirlər? 23.10.12 1.942 dəfə oxundu
41 Peyğəmbərə qurban kəsmək dini cəhətdən düzgündür? 06.11.09 1.759 dəfə oxundu
42 Qurban namazı var? 14.11.10 2.778 dəfə oxundu
43 İnternet vasitəsilə qurban bağışlamaq olar? 03.11.11 1.296 dəfə oxundu
44 Adı dəyişdirdikdə təzədən əzan oxumaq və qurban kəsmək lazımdır? 31.01.11 2.755 dəfə oxundu
45 Əqiqə qurbanı 23.02.13 4.434 dəfə oxundu
46 Süd dişlərini dəyişdirməmiş 2 yaşındakı danadan qurban olar? 06.11.09 1.623 dəfə oxundu
47 Yaşı tamam olmayan keçini qurban kəsmək olar? 14.11.10 2.970 dəfə oxundu
48 Haram pul qazanan bir nəfərlə qurbana şərik olmaq olar? 03.11.11 1.493 dəfə oxundu
49 Təşriq təkbirləri həzrəti İbrahimin dövründə başlayıb? 24.08.14 989 dəfə oxundu
50 Dini cəhətdən hər kəs qurbanını özü kəsə bilər? 03.10.14 1.438 dəfə oxundu
51 Qurbanlıq heyvanı mütləq pulla almaq lazımdır? 06.11.09 1.727 dəfə oxundu
52 Böyük qurbanlığa maksimum neçə nəfər şərik ola bilər? 15.11.11 1.612 dəfə oxundu
53 Qurban payına yarım pay miqdarında şərik olmaq olar? 04.11.11 1.557 dəfə oxundu
54 “Mən 2 qurbanlığın oğluyam” kəlamı hədisdir? 20.11.10 1.708 dəfə oxundu
55 Orucluqda nəzir qurbanı kəsmək olar? 07.07.13 6.545 dəfə oxundu
56 Qurbanlıq heyvan aldıqda hansı məsələyə fikir verməliyik? 06.11.09 2.412 dəfə oxundu
57 Nəzir qurbanı kimi toyuq və xoruz kəsmək olar? 20.03.10 3.536 dəfə oxundu
58 Bir məməsi olmayan heyvanı qurban kəsmək olar? 04.11.11 1.502 dəfə oxundu
59 Hansı maddi imkana malik olanlar qurban kəsməlidir? 01.10.14 1.669 dəfə oxundu
60 Qurban kəsmənin Quranda dəlili varmı? 21.09.15 2.609 dəfə oxundu
61 Çəki ilə qurbanlıq heyvan almaq dini cəhətdən düzgündür? 06.11.09 2.503 dəfə oxundu
62 Nəzir qurbanı 29.06.09 7.864 dəfə oxundu
63 Buynuzunun çıxmağının qarşısı alınan heyvandan qurban olar? 04.11.11 1.503 dəfə oxundu
64 Toyuq nəziri deyən bir nəfər onu mütləq yerinə yetirməlidir? 29.03.12 1.419 dəfə oxundu
65 Həccə gedənlər qurbanlarını niyə Məkkədə kəsirlər? 25.08.17 135 dəfə oxundu
66 Pay verilən heyvanı qurban kəsmək olar? 06.11.09 1.750 dəfə oxundu
67 Qurbana sonradan şərik götürmək olar? 12.05.14 1.118 dəfə oxundu
68 Qulağı deşilib nömrə taxılan heyvandan qurban olar? 04.11.11 1.507 dəfə oxundu
69 Ateistə qurban tikəsi vermək olar? 18.04.12 1.664 dəfə oxundu
70 Qeyri-müsəlmandan qurbanlıq heyvan almaq olarmı? 28.08.17 103 dəfə oxundu
71 Boğaz heyvandan qurban 06.11.09 1.785 dəfə oxundu
72 Təzə maşın aldıqda qurban kəsmək lazımdır? 25.02.11 2.107 dəfə oxundu
73 Qurbanlıq heyvanları Afrikaya göndərmək düzgündür? 04.11.11 1.542 dəfə oxundu
74 Əqiqənin hökmü 07.06.12 5.354 dəfə oxundu
75 Qurban ətinin üçdə ikisini paylamaq şərtdimi? 30.08.17 473 dəfə oxundu
76 Gecə qurban kəsmək olar? 14.05.14 1.474 dəfə oxundu
77 Hənəfi məzhəbinə əsasən kim qurban kəsməlidir? 06.11.09 1.814 dəfə oxundu
78 Həcc mövsümündə kəsilən qurbanların ətini nə edirlər? 14.03.10 1.707 dəfə oxundu
79 Qurana əsasən kimlər qurban kəsməlidirlər? 04.11.11 2.157 dəfə oxundu
80 Allah “Furqan” adlı müstəqil bir kitab nazil edib? 08.06.12 2.757 dəfə oxundu