Qadınların cinsi təcrübələrini öz aralarında danışmaqları günahdır?
Müsəlmanlar > Cinsi həyat > Fitvalar Tarix: 27 Şubat 2011 Tövsiyə et Çap et
Sual: Bir qadın öz əri ilə yaşadığı cinsi əlaqə təcrübələrini başqa qadınlara danışa bilər? Bəs kişilər necə? Onlar öz arvadları barədə başqa kişilərə danışa bilərlər?

Cavab: Evli qadınların (eyni zamanda kişilərin) ancaq özlərinə aid olan məsələləri və ərləri (arvadları) ilə olan münasibətləri bir-birinə danışmaqları düzgün deyil. Muhəmməd peyğəmbər (s. a. v.) bu barədə belə demişdir:

“Şübhəsiz ki, Qiyamət günündə Allahın dərgahında vəziyyəti ən pis olan insanlardan biri də arvadı ilə yaxınlıq etdikdən sonra onun sirrini yayandır”.1

“Şübhəsiz ki, Qiyamət günündə Allahın dərgahında ən böyük xəyanətlərdən biri arvadla ər birlikdə olduqdan sonra ərin arvadın sirrini ifşa edib danışmağıdır”.2

Bir gün bir dəstə kişi və qadın oturmuşdular. Peyğəmbər (s. a. v.) onlardan soruşdu:

“Sizin aranızda elə bir nəfər varmı ki, arvadı ilə yaxınlıq etmək itədiyi vaxt qapını örtsün və öz üstünə də bir şey çəkib Allahın örtüyü ilə örtünsün?”

Onlar da cavab olaraq: “Bəli”, – dedilər.

Allahın elçisi (peyğəmbər) sözlərinə davam etdi:

“Sonra (həmin şəxs) bu işdən (cinsi yaxınlıq) sonra (bir məclisdə oturub) mən bu gün arvadımla belə-belə etdim”, – deyərmi?”

Cavab verən olmadı. Bunun üstündən peyğəmbər üzünü qadınlara tutub soruşdu:

“Sizin aranızda da bu kimi şeyləri başqalarına danışanlar var?”

Qadınlar da susdular. Sonra cavan bir qız bir dizinin üstünə çökdü və sözünü yaxşıca eşitdirmək üçün və peyğəmbər onu görsün deyə, boğazını qabağa uzadıb dedi:

“Ey Allahın peyğəmbəri! Bu kişilər də, qadınlar da bu kimi şeyləri başqalarına danışırlar”.

Bunu eşidən peyğəmbər dedi:

“Heç bilirsiniz, bu nəyə oxşayır? Bu, bir şeytanın bir şeytanla yolda rastlaşıb camaat onlara baxa-baxa cinsi əlaqədə olmağına oxşayır…”3

Nəticə olaraq, ər-arvadın öz aralarında baş verən şeyləri başqalarına danışmaqları günahdır. Bunun belə olduğunu yuxarıdakı hədislərdən də açıq-aydın surətdə görmək mümkündür. Elə isə bu pis əməldən uzaq durmaq lazımdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Müslim, Nikah, 123 (1437). []
  2. Müslim, Nikah, 124; Əbu Davud, Ədəb, 32; Əhməd ibn Hənbəl, 3/69. []
  3. Əbu Davud, Nikah, 48-49. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
12.451 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Mən hamilə idim. Uşaq düşdü. Nə vaxt cinsi əlaqədə ola bilərəm? 22.03.10 16.713 dəfə oxundu
2 Süni mayalanma yolu ilə övlad sahibi olmaq olar? 08.03.10 18.924 dəfə oxundu
3 Hamiləlikdə cinsi əlaqə 25.02.10 19.536 dəfə oxundu
4 Aybaşı vaxtı cinsi əlaqə 21.01.10 82.568 dəfə oxundu
5 Cinsi əlaqədən sonra aybaşı olan qadın qüsl etməlidir? 21.01.10 13.738 dəfə oxundu
6 Ər-arvad bir-birinin cinsiyyət üzvünü görə bilər? 20.01.10 32.349 dəfə oxundu
7 Masturbasiya məkruhdursa, niyə əzab verir? 20.01.10 15.125 dəfə oxundu
8 Masturbasiyada evli və subay arasında bir fərq var? 20.01.10 12.836 dəfə oxundu
9 Masturbasiya məkruhdur, yoxsa haram? 20.01.10 29.209 dəfə oxundu
10 Cinsi əlaqə vaxtı otaq zil qaranlıq olmalıdır? 18.07.14 11.600 dəfə oxundu
11 Cinsi əlaqədən sonra növbəli qüsl 25.11.10 20.005 dəfə oxundu
12 İslamda cinsi təlim-tərbiyəyə münasibət 08.02.12 5.071 dəfə oxundu
13 Ər-arvad həftənin 3-cü günü cinsi əlaqədə ola bilməzlər? 20.06.14 10.360 dəfə oxundu
14 Cinsi əlaqədən sonra qüsl üçün addımlamaq 25.11.10 17.465 dəfə oxundu
15 Cima 15.03.12 6.149 dəfə oxundu
16 Bakirəliyin əhəmiyyəti 17.12.09 17.042 dəfə oxundu
17 Uşaqlıq borularını bağlatdırmaq olar? 27.01.11 9.514 dəfə oxundu
18 Ər və arvad öz intim münasibətlərindən danışa bilərlər? 03.04.12 11.634 dəfə oxundu
19 Masturbasiyanın hökmü 15.06.10 67.724 dəfə oxundu
20 İslamda vazektomiyaya necə baxılır? 27.01.11 8.350 dəfə oxundu
21 Aybaşı 7-ci gündə başa çatmasa, cinsi əlaqədə olmaq olar? 16.05.12 13.496 dəfə oxundu
22 Qəndil gecələrində cinsi əlaqədə olmaq qadağandır? 16.02.11 5.645 dəfə oxundu
23 Ər-arvadın dodaqdan öpüşməyi günahdır? 13.09.12 12.160 dəfə oxundu
24 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 22.838 dəfə oxundu
25 Daşıyıcı analıq yoluyla uşaq sahibi olmaq olar? 04.12.12 3.656 dəfə oxundu
26 Qadınların cinsi təcrübələrini öz aralarında danışmaqları günahdır? 27.02.11 12.451 dəfə oxundu
27 Ər-arvadın arasında hansı cinsi haramlar var? 20.07.13 25.044 dəfə oxundu
28 Qadınlar da ehtilam olurlar? 17.03.11 19.685 dəfə oxundu
29 Məzi bulaşmış şalvarla namaz qıla bilərik? 04.01.16 2.492 dəfə oxundu
30 Anal cinsi əlaqə 15.06.10 37.867 dəfə oxundu
31 Məni, məzi və vədi nədir? 27.01.10 21.670 dəfə oxundu
32 Günahlardan təmizlənmək üçün cinsi əlaqəyə girməyə çağıran təriqət. 08.08.16 1.372 dəfə oxundu
33 Təkcə öpüşməklə qüsl vacib olur? 17.03.11 63.997 dəfə oxundu
34 Abortun hökmü 09.06.11 14.839 dəfə oxundu
35 Qadın bakirə deyilsə, əri bunun səbəbini soruşa bilməz? 19.07.11 14.723 dəfə oxundu
36 Toy gecəsi bakirə olmadığı məlum olan arvadı boşamaq olar? 14.06.10 62.372 dəfə oxundu
37 Arvadının südünü içən kişi onun süd oğlu olur? 05.12.11 61.042 dəfə oxundu
38 Toy gecəsi aybaşı 14.06.10 80.759 dəfə oxundu
39 Uşağın yanında neçə yaşına qədər cinsi əlaqədə olmaq olar? 26.08.14 17.734 dəfə oxundu
40 İslam dininə əsasən həyat yoldaşı ilə cinsi əlaqəyə də savab verilir? 16.12.11 19.628 dəfə oxundu
41 Oral cinsi əlaqə 15.06.10 45.207 dəfə oxundu
42 Diş təmizliyi və intim münasibətlərlə əlaqəsi 28.07.12 12.034 dəfə oxundu
43 İslamda xədimləşməyə münasibət 28.12.11 5.305 dəfə oxundu
44 Bayramlarda cinsi əlaqə 21.11.10 10.166 dəfə oxundu
45 Kişinin seksuallığı 09.01.12 13.907 dəfə oxundu