Tərkibində Lut gölündən çıxan duz olan kremi işlətmək olar?
Müsəlmanlar > Bəzənmək > Fitvalar Tarix: 23 Şubat 2011 Tövsiyə et Çap et
Sual: Lut gölündən çıxardılan duzdan istifadə etmək olar? Mən tərkibində Lut gölü duzu olan bir mazdan istifadə etmək istəyirəm. Ancaq dost-tanış deyir ki, həlak olan o xalqdan qalan nə varsa, hamısı haramdır. Deyirlər ki, bununla əlaqədar çoxlu hədis var. Bu düzdür?

Cavab: Allah Təala Qurani-Kərimdə Lut qövmünün tarixdən silinməyi ilə əlaqədar olaraq belə buyurur:

“Günəş şüaları yayıldığı vaxt böyük bir gurultu ilə sarsıldılar.

Oranı alt-üst etdik. Üstlərinə bişmiş palçıqdan daşlar yağdırdıq.

Bunda təsirlənənlər üçün dəlillər var.

O yer hələ də bir yol üstündədir.

Bunda inananlar üçün qəti bir dəlil var”. (Hicr, 15/73-77).

Quranda haqlarında əshabi-hicr və Səmud qövmü kimi də danışılan Saleh peyğəmbərin (ə. s.) qövmünün olduğu və həlak edildiyi yer barədə peyğəmbərimizdən nəql olunan hədislər var. Misal üçün, Abdulla ibn Ömərdən belə rəvayət olunur:

“Peyğəmbər (s. a. v.) əshabi-hicr haqqında belə dedi:

“Ağlayıb ibrət almaq istisna olmaqla, nəbadə əzaba düçar edilən bu qövmün yurduna ayaq basasınız! Əgər ağlayıb dərs götürməyəcəksinizsə, onların məruz qaldığı əzabın sizə də toxunmamağı üçün yurdlarına girməyin”.1

Bu ayə və hədisləri birlikdə mütaliə etmək və məsələni bu qayda ilə qiymətləndirmək lazımdır. Məhz bu vaxt məlum olur ki, Allah Təala tərəfindən həlak edilən qövmlərin qalıqları insanlar üçün bir ibrət və dərs götürüb nəticə çıxartmaq vasitəsidir. Ona görə də bu məqsədlə o yerlərə baş çəkib görmək olar. Lakin başqa səbəblərlə oraya getmək məsləhət görülmür.

“Hal-hazırda Ölü dəniz kimi məlum olan Lut gölünün suyu İsrail və İordaniya sahillərindəki su təmizləmə müəssisələrində təmizlənir. Tərkibindəki kimyəvi maddələr isə ya sənayedə istifadə olunur, ya da başqa ölkələrə ixrac edilir”.2

Hədisdəki qadağa buna şamil edilmir. Başqa sözlə desək, tərkibində Lut gölündən çıxan duz olan krem və mazları istifadə etmək olar. Dini cəhətdən bir problem yoxdur.

QEYD: Əgər sualınızda qeyd etdiyiniz krem və ya maz tibbi bir şeydirsə, mütləq mütəxəssis bir həkimlə məsləhətləşin.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Səlat (namaz), 53. []
  2. Baxın: Mustafa Bilge, Türkiyə diyanet vakfının nəşr etdiyi İslam ensiklopediyası, Lut gölü bəndi, 27-ci cild, s. 230. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.945 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qadınların bədənlərindəki tükləri aldırmağı düzgündür? 15.01.10 4.079 dəfə oxundu
2 Hicablı qadın qızıl dəsti taxa bilər? 13.03.11 3.929 dəfə oxundu
3 Bəzək üçün xaç taxmaq olar? 29.06.09 2.468 dəfə oxundu
4 Odekolondakı spirt namaza maneçilik törədir? 23.06.11 6.295 dəfə oxundu
5 Qadınların ətir vurmağı dini cəhətdən qadağandır? 05.02.10 4.305 dəfə oxundu
6 Bədənin hansı hissəsində estetik əməliyyat aparmaq olar? 04.07.11 3.649 dəfə oxundu
7 Qaş aldırmaq olar? 18.03.10 24.454 dəfə oxundu
8 Müsəlman kişilər qızıl üzük taxa bilərlər? 10.05.12 6.552 dəfə oxundu
9 Qulağı bir neçə yerdən deşdirmək olar? 18.03.10 4.479 dəfə oxundu
10 Qadın sırğa taxmaq üçün qulaqlarını deşdirə bilər? 04.10.12 3.242 dəfə oxundu
11 Saç əkdirmək dini cəhətdən düzgündür? 18.03.10 2.333 dəfə oxundu
12 Kişilər saçlarını uzada bilərlər? 04.12.12 1.893 dəfə oxundu
13 Qadınlar evdən kənarda da makiajlı gəzə bilərlər? 22.03.10 2.977 dəfə oxundu
14 Qızılın kişilərə qadağan olunmağını Qurana əsasən izah edə bilərsiniz? 23.06.13 2.113 dəfə oxundu
15 Dırnaq uzatmaq 22.03.10 10.698 dəfə oxundu
16 Botoks və buruna plastik əməliyyat 24.05.14 1.660 dəfə oxundu
17 Tatuirovka döydürmək olar? 30.06.10 6.904 dəfə oxundu
18 Mən boynuma üstündə xaç işarəsi olan medalyon taxa bilərəm? 04.08.09 2.543 dəfə oxundu
19 Aybaşı vaxtı xına qoymaq 21.01.10 6.814 dəfə oxundu
20 Saça rəng qoymaq orucu pozur? 03.08.10 10.003 dəfə oxundu
21 Üzüyü hansı barmağa vurmaq olmaz? 15.07.10 12.173 dəfə oxundu
22 Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur? 24.08.09 42.968 dəfə oxundu
23 Evlilik üzüyü vurmaq olar? 27.01.11 3.972 dəfə oxundu
24 İslam dinində saça rəng qoymağa necə baxılır? 24.08.09 7.160 dəfə oxundu
25 Qadın saçını düzəltdirə bilər? 18.02.11 2.287 dəfə oxundu
26 Kişilərin çeçələ barmaqlarına xına qoymağı haramdır? 22.02.10 1.845 dəfə oxundu
27 Tərkibində Lut gölündən çıxan duz olan kremi işlətmək olar? 23.02.11 1.945 dəfə oxundu