Müselmanlar
Qulaqdan çıxan kirlər qüslü batil edir?

Qulaqdan çıxan kirlər qüslü batil edir?

Sual: Mən hamam girib qüsl verirəm. Çıxandan sonra qulağımı təmizləmək üçün ucu pambıqlı çubuqla qurdalayıram. Birdən qulağımdan quruyub bərkişim kir qırıqları çıxır. Bunun qüslə bir maneçiliyi var?

Cavab: Qüsl aldıqda bədənin daxili qismini deyil, kənar hissələrini yumaq lazımdır. Əgər çimdiyiniz vaxt qulağınızın kənarını, yəni, barmaqla asanlıqla toxunula bilən və təmizlənə bilən yerləri islatsanız, kifayətdir. Belə olduqda qüsl düzgündür. Sonradan çıxan kirlərin qüslə heç bir dəxli yoxdur. Bu barədə narahat olmayın.

Sualınızla əlaqədar olaraq aşağıdakı keçidə də baxın:

http://www.muselmanlar.com/fitvalar/1413.html

Bizi izləyin