Əl-Buxarinin özü tərəfindən yazılan orijinal nüsxə indiyədək durur?
Müsəlmanlar > Fitvalar > Hədis Tarix: 10 Şubat 2011 Tövsiyə et Çap et
Sual: Böyük hədis alimi Muhəmməd əl-Buxarinin məşhur Səhih-Buxari adlı əsərinin əsl nüsxəsi var? Yəni, onun özü tərəfindən yazılan ilk əsər bu gün əlyazma formasında durur? Yoxsa it-bata düşüb və bizə qədər gəlib çatmayıb? Deyilənə görə müəllif nüsxəsi yoxdur; hal-hazırda bizdə olan nüsxələri də onun tələbələri tərəfindən yazılaraq çoxaldılıb. Əlavə olaraq, tarixi mənbələrdə onun tərcümeyi-halı ilə əlaqədar məlumat da yoxdur. Görəsən, o evlənibmi? Uşaqları olub? Mən bu məsələyə sadəcə olaraq maraq duyuram. Əslində isə bilirəm ki, əl-Buxarinin evlənib evlənməməsinin mətləbə dəxli yoxdur. Çünki əsas olan onun əsəridir. Xahiş edirəm, bu məsələyə bir aydınlıq gətirəsiniz.

Cavab: Hədis rəvayət edən şəxslərin tərcümeyi-halı barədə məlumat verən kitablarda adətən onların hədis təhsili, müəllimləri, tələbələri, kitabları və rəvayət qabiliyyəti (cərh və tədil baxımından vəziyyəti) kimi birbaşa hədis rəvayətinə təsir göstərən cəhətlərinə üstünlük verilir. Lakin hədis rəvayət edən bir şəxsin ailə vəziyyəti, uşaqlarının sayı və bu kimi məsələlərin üzərində əsl mətləblə birbaşa əlaqədar olmadığına görə durulmur. Ona görə də təkcə əl-Buxari və Müslim kimi hədis alimləri deyil, eyni zamanda məzhəblərin rəhbərləri kimi çox məşhur olan alimlərin də tərcümeyi-halları çox bilinmir. Bəli, bu gün əl-Buxarinin həyatı barədə məlumatlar çox da geniş deyil. Ancaq onun müəllimləri (misal üçün, İbn Məndə (v. 395 h/1005 m) Təsmiyətu şuyuxi-l-Buxari adlı əsərində onun 309 müəllimi haqqında məlumat verir), hədis qeyd edib yığmaq üçün çıxdığı səfərlər, tələbələri, kitabları, haralı olmağı, anadan olma və ölüm tarixləri kimi hədis rəvayətinə dair cəhətləri təfsilatla izah edilib.

Əl-Camiu-s-Səhih adlı əsərin müəllif tərəfindən yazılan orijinal nüsxəsi bizə qədər gəlib çatmamışdır. Hal-hazırda mövcud olan Səhih-Buxari nüsxələri Əli ibn Muhəmməd əl-Yunini (v.701 h/1301 m) tərəfindən əl-Buxarinin məşhur tələbələrindən biri olan əl-Firəbrinin nüsxəsinə əsasən hazırlanan nüsxəyə istinad edir. Belə deyilir ki, əl-Firəbri öz nüsxəsini müəllimi əl-Buxarinin məhz özündən 2 dəfə dinləyib.

Cavabladı: Hüseyin Hansu (İstanbul Universitetinin İlahiyyat fakültəsinin dosenti, hədis tədqiqatları kafedrasında müəllim)

QEYD: Almaniyada yaşayan oxucularımızdan biri bizə bu məsələ ilə bağlı belə bir qeyd göndərib:

“İmam Buxarinin 5 qabaqcıl tələbəsindən biri Firəbridir (vəfat tarixi hicri 320, miladi 932-ci il). O, müəllimi Buxaridən həmin kitabı əxz etmiş, o Həməviyə (381/991), o da Davudiyə (467/1074), o isə Əbu-l-Vaxta )553/1158), o isə İbnu-l-Lətiyə (635/1237), o da öz növbəsində Yuniniyə nəql etmişdir”.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
4.297 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Muhəmməd peyğəmbər Cənnətdə Məryəm ana ilə evlənəcək? 25.02.10 4.591 dəfə oxundu
2 Alimliyin meyarı çoxlu hədis bilməkdir? 15.05.14 962 dəfə oxundu
3 “Yerə göyə sığmaram, mömin bəndəmin qəlbinə sığaram” sözü hədisdir? 16.06.11 1.512 dəfə oxundu
4 Qeyri-müsəlman ölkədə faiz almaqla əlaqədar hədis var? 21.05.12 1.401 dəfə oxundu
5 Çəlik istifadə etmək sünnədir? 27.01.14 1.236 dəfə oxundu
6 Dünya möminlərə zindan, kafirlərə də cənnətdir? 17.05.11 1.717 dəfə oxundu
7 İnsanın ev, paltar, çörək və sudan başqa bir şeyə haqqı var? 22.01.11 1.683 dəfə oxundu
8 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 2.095 dəfə oxundu
9 Allah xoşlamadığı idarəçilərə yaltaq köməkçilər verir? 06.06.12 1.710 dəfə oxundu
10 Bir hədisin səhih sayılma meyarı nədir? 13.04.17 444 dəfə oxundu
11 Quranda nənə və nəvənin evlənməyi ilə əlaqədar bir hökm yoxdur? 29.11.14 2.305 dəfə oxundu
12 “Ev tikmək üçün xərclənən pulda xeyir yoxdur” hədisi səhihdir? 23.01.11 2.128 dəfə oxundu
13 “Möminin başından dərd-bəla kəm olmaz” kimi bir hədis var? 11.07.11 1.532 dəfə oxundu
14 “Alimin yuxusu cahilin ibadətindən xeyirlidir” hədisi mötəbərdir? 21.07.12 1.603 dəfə oxundu
15 Bir məsələ Quranda keçirsə, əlavə olaraq hədisə baxılarmı? 02.01.18 102 dəfə oxundu
16 “Ən yaxşı müsəlman xanımı ilə yaxşı dolanandır”. Bu hədis necə izah edilir? 16.02.10 1.766 dəfə oxundu
17 Üzüqoylu yatmaq 19.06.10 9.992 dəfə oxundu
18 “Məni sevən bəlaya düçar olar” formasında bir hədis var? 06.09.11 1.628 dəfə oxundu
19 “Sünnəmi əhya edənə yüz şəhid savabı var” hədisi mötəbərdir? 10.12.12 1.260 dəfə oxundu
20 Səhih sünnə nədir? Sünnə dinin ikinci mənbəyidirmi? 11.05.18 322 dəfə oxundu
21 Muhəmməd peyğəmbərin neçə hədisi var? 29.10.11 2.699 dəfə oxundu
22 Əsrlə şam arasında yatmaq təhlükəlidir? 24.01.11 5.844 dəfə oxundu
23 Xəlifə Ömər yağış duasında həzrəti Abbasla təvəssül edib? 07.10.11 1.937 dəfə oxundu
24 “Üç işdən ötrü Ərəbləri sevin” deyə bir hədis var? 10.12.12 1.508 dəfə oxundu
25 Hədislərin hikmət olduğunun dəlili nədir? 16.07.18 121 dəfə oxundu
26 Peyğəmbərlərin hamısı çobanlıq ediblər? 17.03.10 2.543 dəfə oxundu
27 Əl-Buxarinin özü tərəfindən yazılan orijinal nüsxə indiyədək durur? 10.02.11 4.297 dəfə oxundu
28 Cəbrayılın 10 dəfə də yer üzünə enəcəyini deyən hədis var? 12.01.12 2.088 dəfə oxundu
29 “Alimlər peyğəmbərlərin varisləridir” hədisi səhihdir? 31.01.13 1.705 dəfə oxundu
30 Qüdsi hədislərə baxışımız necə olmalıdır? 05.08.19 105 dəfə oxundu
31 Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var? 25.03.10 2.006 dəfə oxundu
32 Şəvval orucu 29.06.09 3.697 dəfə oxundu
33 Quran və hədis proqramı olan aparatla ayaqyoluna girmək olar? 24.01.12 2.060 dəfə oxundu
34 İnsanlar nəyə görə hədis uydurublar? 13.03.13 1.337 dəfə oxundu
35 Hədislərə əsasən insanların ən xeyirlisi kimdir? 06.04.10 1.711 dəfə oxundu
36 Çörək yedikdə arada dua etmək peyğəmbərin sünnəsidir? 20.02.11 2.162 dəfə oxundu
37 “«Hədisi burax, Qurana bax»” deyənlər olacaq.” Bu mötəbər bir hədisdir? 14.02.12 1.647 dəfə oxundu
38 Mövzu hədislərlə bağlı mənbələr hansılardır? 17.03.13 1.192 dəfə oxundu
39 Sələbə əhvalatı həqiqətən də olub, yoxsa əfsanədir? 03.05.10 1.665 dəfə oxundu
40 Əşəreyi-mübəşşərə hədisini necə başa düşmək lazımdır? 22.02.11 1.486 dəfə oxundu
41 İnsanların dərin mənalı sözlərini hikmət adlandırmaq olar? 27.02.12 2.223 dəfə oxundu
42 “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm” hədisi mötəbərdir? 11.04.13 1.557 dəfə oxundu
43 Sədəqə vermək ömrü uzadır? 03.05.10 2.451 dəfə oxundu
44 “Qiyamət günü Cənnətə 1-ci daxil olan mən olacağam” hədisi səhihdir? 06.08.14 1.101 dəfə oxundu
45 “Zöhrün ilk 4 müstəhəbini qılmayan şəfaətimə nail olmaz” hədisi mötəbərdir? 06.03.12 2.141 dəfə oxundu
46 Hədislər etiqadi məsələlərdə dəlil ola bilər? 18.04.13 1.361 dəfə oxundu
47 Lovğaya qarşı lovğalıq etmək lazımdır? 20.06.11 2.991 dəfə oxundu
48 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 2.865 dəfə oxundu
49 “Ümmətimin ömrü 1500 ili keçməyəcək” hədisi mötəbərdir? 07.03.12 1.695 dəfə oxundu
50 Qüdsi hədislər də hikmət məfhumuna daxildir? 19.04.13 1.239 dəfə oxundu
51 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.199 dəfə oxundu
52 “Namaz möminin meracıdır” sözü hədisdir? 11.07.10 2.310 dəfə oxundu
53 Deyilənə görə hər əsrə bir alim gəlir. Bu düzdür? 08.03.11 1.463 dəfə oxundu
54 “1 saatlıq təfəkkür 1 illik əlavə ibadətdən yaxşıdır” hədisi var? 30.03.12 1.438 dəfə oxundu
55 Zəif hədislə əməl etmək olarmı? 11.05.13 1.353 dəfə oxundu
56 Zəmanənin imamına beyət etmək 03.03.10 2.956 dəfə oxundu
57 “Vətən sevgisi imandandır” sözü hədisdir? 01.11.14 1.443 dəfə oxundu
58 Hədislər olmasa, Quranı başa düşmək olmaz? 13.03.11 2.463 dəfə oxundu
59 Əcluninin “Kəşfu-l-xəfa” əsəri mötəbər bir mənbədir? 09.05.12 1.248 dəfə oxundu
60 “Müflis mömin” hədisinin bəndə haqq-hüququ baxımından izahı 22.05.13 1.435 dəfə oxundu
61 Peyğəmbər məscidində 40 vaxt namaz qılmaq 03.04.11 2.168 dəfə oxundu
62 “Atıcılığı öyrəndikdən sonra buraxan bizdən deyil” sözü hədisdir? 29.11.10 2.014 dəfə oxundu
63 Məscidə getməyənlərin evi yandırılmalıdır? 15.03.11 2.836 dəfə oxundu
64 Ən-Nəsai mötəbər bir hədis alimidir? 10.05.12 1.187 dəfə oxundu
65 Nasiruddin əl-Albani mötəbər bir hədis alimidir? 27.05.13 1.415 dəfə oxundu
66 Rəvayətlərə əsasən Rəsulullahı nümunə götürmək mümkündür? 12.08.14 1.028 dəfə oxundu
67 “Mən 2 qurbanlığın oğluyam” kəlamı hədisdir? 20.11.10 1.724 dəfə oxundu
68 “Cənnət anaların ayaqlarının altındadır” mövzu hədisdir? 31.03.11 2.433 dəfə oxundu
69 “2 günü eyni olan aldanıb” sözü hədisdir? 11.05.12 1.531 dəfə oxundu
70 İxlas surəsini 11 dəfə oxuyub ölünün ruhuna tapşırmaqla əlaqədar bir hədis var? 04.06.13 1.617 dəfə oxundu
71 “Ümmətimin alimləri İsrail oğullarının peyğəmbərləri kimidirlər” hədisi səhihdir? 28.07.09 1.864 dəfə oxundu
72 Toy gecəsi bəy gəlinin ayağını yumalıdır? 20.11.10 7.674 dəfə oxundu
73 Axır zəmanədə az ibadət edən xilas olacaq? 05.04.11 1.491 dəfə oxundu
74 Peyğəmbər deyib ki, rəhmətliklərinizə Yasin oxuyun? 14.05.12 15.409 dəfə oxundu
75 Biz dini məsələlərdə kimə tabe olmalıyıq? 23.12.13 1.213 dəfə oxundu