Xüşu və xüşulu olmaq nə deməkdir?
Müsəlmanlar > Fitvalar > Namaz > Tövsiyə-məsləhət Tarix: 04 Şubat 2011 Tövsiyə et Çap et
Sual: Mən namaz qılıram. Amma birdən elə olur ki, özümü Quranın Maun surəsindəki namaz qılanlar kimi hiss edirəm. Bəzən də mənə elə gəlir ki, münafiqlər kimi namaza tənbəl-tənbəl dururam. Elə düşünürəm ki, namazda bir ağırlıq var. Deyilənə görə bunu aradan qaldırmaq üçün gərək xüşulu olasan. Quranda belə bir ayə var? Varsa, xüşu nədir? Mən belə bir ruhani səviyyəyə necə çata bilərəm?

Cavab: Sizin soruşduğunuz Quran ayəsi belədir:

“Köməyi səbr etməklə və namaz qılaraq istəyin. Bu həqiqətən də, ağır bir borcdur. Amma itaətkar olanlar üçün (ağır) deyil.” (Bəqərə, 2/45)

Xüşulu olmaq hörmət qoymaq, itaətkar olmaq deməkdir. Ruhani bir səviyyəyə çatmaq deyil. Bu, özünü aşağıda, Allahı isə uca mərtəbədə görən insanlarda olur. İnsan məhz buna görə Allaha boyun əyir. Əgər bu olmasa, heç kim həmişə namaz qılmaz. Çünki namazı həzz almaq üçün deyil, Allahın əmri olduğuna görə qılmaq lazımdır. Bəzən insanın öz əlində olsa, nə dəstəmaz alar, nə də namaz qılar. Amma Allahın əmrinə tabe olub onu yerinə yetirmək inancı insana o namazı qıldırır. Yəni, bu cür inanmaq onu namazını qılmağa sövq edir. İbadət də elə budur. Yəni, ibadət bir şeyi öz istəyinə müvafiq olaraq deyil, məhz Allah istədiyi üçün yerinə yetirmək deməkdir. Əlavə olaraq, ibadətin insana verdiyi həzzi də heç bir şey verə bilməz.

Quranın Maun surəsində isə bu ayələr var:

“Vay o namaz qılanların halına ki, namazdan qafildirlər (səhlənkardırlar). Onlar riyakarlıq edirlər. Kömək etməyə də mane olurlar”. (Maun, 107/4-7)

Müsəlman namazı başqaları görsünlər deyə deyil, Allahın əmrini yerinə yetirmək üçün qılmalıdır.

Münafiq (iki üzlü, riyakar) isə daxilən inanmadığı halda, özünü inanmış kimi göstərən insana deyilir. Münafiq namazı Allah üçün deyil, özünün cəmiyyət tərəfindən pis qarşılanmamağı üçün qılır. Onun namazını müsəlmanın namazı ilə müqayisə etmək qeyri-mümkündür.

Bunlarla birlikdə namazda xüşu halında olmaq deyilən bir şey də var. Allah Təala belə deyir:

“İman gətirənlər həqiqətən də, gözlədikərinə (ümid etdiklərinə) qovuşublar. O şəxslər ki, namazda Allaha təzim edirlər (hörmətcil və itaətkardırlar)”. (Muminun, 23/1-2)

Bəzi insanlar da xüşulu olmaq üçün namazda öz şeyxi (təriqət rəhbəri) barədə fikirləşirlər. Bu, Allaha qarşı hörmətsizlikdir. Şeytan belə edənə vəsvəsə vermir. O da elə güman edir ki, namazını xüşu ilə qılır. Halbuki, şeytan Allahdan möhlət aldığı vaxt belə demişdi:

“Ey Rəbbim! Məni yoldan azdırmağının müqabilində onlar üçün bu dünyada qəti qurətdə (öz pis əməllərini onlara yaxşı əməl kimi göstərərək) bəzək-düzəklə məşğul olacağam, onların hamısını başdan çıxardacağam. Ancaq sənin bəndələrini, onların ixlaslı (səmimi) olanlarını yox”. (Hicr, 15/39-40)

İxlas əsas etibarilə Allahdan başqa hər şeydən uzaqlaşmaq deməkdir. İbadət vaxtı Quran ayələri və peyğəmbərin (s. a. v.) hədislərində olmayan bir hərəkətə yol vermək ixlası aradan qaldırır və şeytan üçün bir növ zəmin hazırlayır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
5.336 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 14.352 dəfə oxundu
2 Allah və xilqətlə əlaqədar suallar insanı kafirləşdirir? 11.03.11 2.140 dəfə oxundu
3 Tövrat və İncili oxumaq haramdırmı? 07.07.17 417 dəfə oxundu
4 Altı həftəlik yay kursunda şagirdlərə nə öyrətmək olar? 23.06.10 2.633 dəfə oxundu
5 Ata-ana övladı çağırdığı vaxt hər dəfə yanlarına getməlidir? 12.06.11 2.805 dəfə oxundu
6 Vücudumuza cəfa vermək əcəlimizi qısaldırmı? 10.07.17 288 dəfə oxundu
7 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 3.553 dəfə oxundu
8 Qurandakı xüsusi sözlər üçün hansı mənbələrə baxmaq lazımdır? 17.07.11 2.372 dəfə oxundu
9 Əlimizdəki imkanları, malı necə dəyərləndirəcəyik? 28.07.17 85 dəfə oxundu
10 Qeyri-müsəlmanlarla evlənmək olarmı? 18.04.16 1.316 dəfə oxundu
11 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 8.238 dəfə oxundu
12 İnsanları səhv məlumatlandıran müəllimlərə qarşı nə etməliyik? 06.04.18 130 dəfə oxundu
13 Əxlaqımı püxtələşdirmək istəyirəm. Məsləhətiniz nədir? 13.07.10 2.837 dəfə oxundu
14 Dini məsələlərdə vəsvəsədən nə cür xilas olmaq olar? 10.12.11 3.960 dəfə oxundu
15 Bir müəllimin ən mühüm xüsusiyyəti nə olmalıdır? 07.05.18 197 dəfə oxundu
16 İnsanda vəsvəsə həmişə davam edə bilər? 14.06.11 3.967 dəfə oxundu
17 Qızımda depressiya var. Nə edim? 22.11.10 3.278 dəfə oxundu
18 Səfər ayına məxsus bir ibadət var? 27.12.11 2.072 dəfə oxundu
19 Mənə elə gəlir ki, Allah mənə kömək etmir. Bu halda nə etməliyəm? 09.03.10 5.709 dəfə oxundu
20 Uşaqlara İslamı necə başa salmaq lazımdır? 02.12.10 3.027 dəfə oxundu
21 Arvadına zülm verəcəyindən qorxan bir nəfər evlənməyə bilər? 03.01.12 2.886 dəfə oxundu
22 Əsgərlikdə namazı necə qılmaq olar? 01.10.11 3.800 dəfə oxundu
23 Ümidsizliyin əlacı nədir? 03.12.10 4.677 dəfə oxundu
24 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 2.108 dəfə oxundu
25 Mənim 40 min manat borcum var və bundan heç cür xilas ola bilmirəm. 11.09.09 4.261 dəfə oxundu
26 Hafizliyi itirməmək üçün nə etmək lazımdır? 11.01.11 2.461 dəfə oxundu
27 Namazı iş yerində oturulu qılmaq olar? 09.01.12 4.293 dəfə oxundu
28 İmanın zəifliyi, namazdan soyumaq və namaz qıla bilməmək 15.01.10 5.601 dəfə oxundu
29 Bəzən sübh namazına dura bilmirəm. Bunu necə həll edim? 29.03.10 16.357 dəfə oxundu
30 Şagird və tələbələr namazlarını cəm edə bilərlər? 12.01.12 3.728 dəfə oxundu
31 Quranda hər şey yazılıb? 15.01.10 4.028 dəfə oxundu
32 Xüşu və xüşulu olmaq nə deməkdir? 04.02.11 5.336 dəfə oxundu
33 Müvəqqəti formada içkili bir yerdə işləmək olar? 25.06.12 2.168 dəfə oxundu
34 Pornoqrafik şəkil və filmlərə baxmamaq üçün nə etməliyəm? 15.01.10 7.581 dəfə oxundu
35 Namazda xüşulu olmaq üçün nə etmək lazımdır? 04.02.11 3.856 dəfə oxundu
36 Süd bankı məsələsinə necə yanaşırsınız? 31.03.13 1.658 dəfə oxundu
37 Quran əleyhinə danışanlarla münasibətimiz necə olmalıdır? 08.02.16 893 dəfə oxundu
38 Atamgil məni pulsuzluğa görə evləndirmirlər. Mən nə edim? 09.02.11 4.403 dəfə oxundu
39 Hazırkı dövrdə Quran və hafizlik nə cür tədris olunmalıdır? 20.05.13 1.473 dəfə oxundu
40 Müvəffəq olmağın yolu nədən keçir? Dində bu barədə nə deyilir? 17.04.10 2.528 dəfə oxundu
41 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 25.812 dəfə oxundu
42 Bu zəmanədə Qurana nə cür xidmət etmək olar? 06.02.14 1.817 dəfə oxundu
43 Ayələrə zidd danışan şəxslərə həmişə müdaxilə etmək lazımdır? 18.11.14 1.250 dəfə oxundu
44 Biz bütün danışıqlarımızda“inşallah” deməliyik? 10.11.11 3.149 dəfə oxundu
45 Allah yoxmuş kimi davrananlara münasibətimiz necə olmalıdır? 11.03.16 866 dəfə oxundu
46 14 yaşım var, örtünmək istəyirəm. Nə etməliyəm? 17.09.14 3.414 dəfə oxundu
47 Dediyimiz nəziri hökmən dediyimiz kasıba verməliyik? 10.03.11 2.145 dəfə oxundu
48 Qurana görə tövbəsi qəbul edilməyənlər kimlərdir? 10.02.17 902 dəfə oxundu