Müsəlmanlar
Kredit kartının borcunu vaxtında köçürməməyin hökmü

Kredit kartının borcunu vaxtında köçürməməyin hökmü

Sual: Mən bir bankdan kredit kartı almışam. Əgər kartımın borcunu vaxtında ödəməsəm, faiz yemək günahı ilə eyni günaha bataram?

Cavab: Maddi cəhətdən imkanınız olmadığına görə borcunuzu öz vaxtında deyil, gec köçürməyinizdə bir problem yoxdur. Ancaq diqqətli olun: Əvvəlki aydan öz hesabınızı yaxşı-yaxşı hesablayın ki, arada faiz yaranmağına səbəb olmayasınız. Buna çox diqqət yetirin.

Əgər imkanınız olduğu halda, borcunuzu vaxtında köçürməmisinizsə, faiz yemiş deyil, yedirtmiş olarsınız. Faiz yemək necə haramdırsa, başqasına yedirtmək də haramdır. Muhəmməd peyğəmbər (s. a. v.) bu barədə belə demişdir:

“Allah faiz yeyənə və yedirdənə lənət eləsin!” ((Buxari, Səhih, Büyu, 25; Müslim, Səhih, Müsəqat, 105. Allahın lənəti bir kəsi Öz mərhəmətindən uzaqlaşdırmağı, yəni, ona rəhm etməməyi deməkdir.))

Əgər tövbə edib bir də bu işi görməmək üçün özünüzü düzəltsəniz, Allah sizi bağışlayar, hətta bununla qalmayıb etdiyiniz günahı savaba da çevirər.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.