Ulduz falı nədir? Belə fala baxdırmaq olar?
Müsəlmanlar > Fal-sehr-cadu > Fitvalar Tarix: 01 Şubat 2011 Tövsiyə et Çap et
Sual: Son dövrlərdə bəzi baxıcılar deyirlər ki, biz ulduzlara baxıb insanların başına nə gələcəyini görürük, kimin taleyinin necə olacağını bilirik. Sizcə bu nə dərəcədə düzdür? İnsan gələcəyi bilə bilər? İslamda baxıcılığa necə baxılır?

Cavab: Qısa desək, bu kimi şeylər fala baxmaq, falçılıq etməkdir. İslam dini bunları qadağan edib. Bu işləri görən insanlar guya gələcəkdən xəbər verdiklərini irəli sürürlər. Odur ki, əylənmək üçün olsa belə, belə şeylərdən uzaq durmaq lazımdır.

Qeybi nə insan, nə mələk, nə də peyğəmbər bilə bilər. Quranda bu barədə belə deyilir:

“De ki, göylərdə və yerdə heç kəs qeybi bilməz. Onu ancaq Allah bilir.” (Nəml, 27/65)

Bu ayələr isə xüsusilə mələklərlə əlaqədardır:

“Bu bir həqiqətdir ki, insanı yaradan Bizik. Ona şah damarından da yaxın olduğumuza görə nəfsinin ona nə pıçıldadığını bilirik.

Sağında və solunda oturan iki qeyd edən var.

Buna görə də ağzından çıxan hər sözü qeyd etmək üçün gözləyən bir müşahidəçi mütləq var.” (Qaf, 50/16-18)

Deməli, Allah insanın ürəyindəkiləri bildiyi halda, mələklər ancaq ağzından çıxan sözü bilirlər.

Cinlər də qeybi bilmirlər. Quranda bununla əlaqədar ayələr var:

“Rəbbinin izni ilə cinlərin bir qismi onun qabağında işləyirdi. Onlardan kim ki, (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, onu Cəhənnəm oduna düçar edirdik.

(Cinlər) onun üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər. Ey Davud nəsli! (Bu nemətlərə) şükür edin! Qullarımdan şükür edəni azdır.

(Süleymanın) ölümünə hökm verdiyimiz zaman onun öldüyünü (cinlərə) ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. (Süleyman) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəy­­dilər, alçaldıcı əzaba məruz qalmazdılar.” (Səba, 34/12-14)

Peyğəmbərlər ancaq Allahın onlara vəhy etdiyi şeyləri bilirlər. Allah belə buyurur:

“De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. De: “Məgər korla görən eyni ola bilərmi? Məgər düşünmürsünüz?” (Ənam, 6/50)

“De: “Mən, Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir camaat üçün qorxudan və müjdələyənəm.” (Əraf, 7/188)

Sualınızla əlaqədar olan digər yazıları aşağıdakı keçidlərdən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2528.html

http://www.muselmanlar.com/fitvalar/fal-sehr-cadu

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
5.945 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Sehr nədir? 15.07.09 4.230 dəfə oxundu
2 Cadunun qarşısını almaq üçün cadugərə müraciət etmək lazımdır? 15.07.09 7.057 dəfə oxundu
3 Deyilənə görə ailəmə cadu edilib. Bu mənə pis təsir göstərir. 15.07.09 4.501 dəfə oxundu
4 İslamda falçılığa münasibət 27.11.10 7.420 dəfə oxundu
5 Camaat niyə baxıcıların yanına gedir? 09.12.10 2.729 dəfə oxundu
6 Peyğəmbərə cadu olunub? 22.01.11 5.941 dəfə oxundu
7 Ulduz falı nədir? Belə fala baxdırmaq olar? 01.02.11 5.945 dəfə oxundu
8 Kağıza dua yazdırıb özümüzlə gəzdirə bilərik? 01.05.11 11.707 dəfə oxundu
9 Kofe ilə fala baxmaq da sehrdir? 20.06.12 13.869 dəfə oxundu
10 İslamda cadu edən və etdirənin günahı nədir? 13.08.12 3.432 dəfə oxundu
11 İslam dinində vəfq məsələsinə münasibət 20.03.13 1.572 dəfə oxundu
12 Ər-arvadı cadu-piti ilə ayırmaq mümkündür? 21.05.13 8.659 dəfə oxundu
13 Sehr ya da cadu ilə məşğul olmaq şirkdirmi? 11.01.17 536 dəfə oxundu
14 Gözdəymə/nəzər varmı? 25.02.17 714 dəfə oxundu