Qütblərdə namaz vaxtları: elmi sübut
Müsəlmanlar > Fitvalar > Namaz vaxtları > Tədqiqatlar Tarix: 31 yanvar 2011 Tövsiyə et Çap et

QÜTBLƏRDƏ NAMAZ VAXTLARINA ELMİ SÜBUT

Süleymaniyyə fondu din və fitrət tədqiqatları mərkəzi tərəfindən şimal qütbü bölgələrində gündəlik namazların (5 vaxt) şərtlərinin araşdırılması və öz yerində müəyyənləşdirilməsi məqsədilə qütb dairəsinin daxilində yerləşən Norveçin Tromso şəhərinə bir heyət ezam edildi. Bu heyətdə fondun prezidenti professor Abdulaziz Bayındır, dosent Servet Bayındır və bir neçə nəfərdən ibarət texniki bir heyət də iştirak edirdi. İstanbul Universitetinin Astronomiya və Kosmos Tədqiqatları kafedrasinin müəllimi professor Adnan Ökten isə aparılan tədqiqatlarda elmi məsləhətçi kimi çıxış etdi. Həmin ərazidə iki gün ərzində lazımi müşahidələri aparan heyət elmi məlumatlara əsasən namaz vaxtlarının hesablanmasını da həyata keçirdi və bu bölgələrdə 5 vaxt namazın qılınmasının mümkünlüyünü sübut etdi. Bütün müşahidə və araşdırmalar videokameralar vasitəsilə qeyd edildi.

Tromso şəhərində aparılan elmi tədqiqatların nəticələri fond tərəfindən keçirilən mətbuat konfransında kütləvi informasiya vasitələri və ictimaiyyətə elan edildi. Mətbuat konfransında professor Abdulaziz Bayındır, dosent Servet Bayındır və professor Adnan Ökten də iştirak edirdilər.

Qütb bölgələrində namaz vaxtları məsələsinin uzun müddətdən bəri (xüsusilə internet şəbəkəsində) mübahisə doğuran bir məsələ olduğunu qeyd edən Abdulaziz Bayındır günəşin doğmadığı və dünyanın insanların yaşadıqları ən şimalda yerləşən ərazilərindən biri olan Tromso şəhərinə bir heyət kimi getdiklərini bildirdi. O, günəşin doğmadığı vaxtlarda namaz vaxtlarının nə cür olacağına dair müşahidə aparmağa getdiklərini ifadə etdi. Abdulaziz Bayındır sözlərinə davam edərək belə dedi:

“Gündəlik 5 vaxt namaz Türkiyədə necə müəyyənləşdirilirsə, orada da eyni şərtlərə əsasən müəyyən edilir. Arada kiçik bir fərq var: O da bundan ibarətdir ki, səhər vaxtı günəşin doğuşu, axşam da batmağı müşahidə olunmur.”

ƏLDƏ OLUNAN NƏTİCƏLƏR QURAN AYƏLƏRİNƏ UYĞUN GƏLİR

Dərin vadi və qobularda da buna oxşar bir halda günün çıxması və batmasının müşahidə olunmadığını deyən Bayındır: “Bu kimi yerlərdə şərq tərəfdə günəşin doğub doğmadığını müəyyən etmək üçün  qərb tərəfdə aydınlığın başlanması əsas götürülür. Əgər qərb tərəfdə aydınlıq müşahidə olunursa, bu o deməkdir ki, “gün çıxıb”. Biz bu meyarları Tromso şəhərində gördük. Orada günəşin görülməməyi eynilə Türkiyə və ya başqa bir yerdə günəşin dağların arxasında gözdən itməsi kimi bir şeydir”, – dedi.

Abdulaziz Bayındır sonra apardıqları müşahidələri Qurandakı ayələrdən misallar verməklə izah etdi. Əlavə olaraq dedi ki, biz ilk dəfə həm astronomiya, həm dini məsələlərdə, həm də texniki sahədə ixtisaslaşmış bir heyətlə Tromsoya getdik və bu müşahidələri həyata keçirdik. Bütün bunların ən mühüm cəhəti odur ki, müşahidələrin nəticələri Quran ayələri ilə üst-üstə düşür.

Abdulaziz Bayındır öz çıxışını belə bitirdi:

“Tromsoda bir hissəsi yerli xalqdan olmaqla təqribən 800 müsəlman yaşayır. Onlardan nəyə əsasən namaz qıldıqlarını soruşduq. Cavab olaraq dedilər ki, burada namaz vaxtları yaranmır. Biz Məkkə şəhərinin namaz vaxtlarına əsasən namaz qılırıq. Biz də elə oradaca bir iclas keçirdik və bildirdik ki, Tromsoda da namaz vaxtları olur. Bunu eşidənlər çox təəccübləndilər.”

Mətbuat konfransında professor Adnan Ökten də çıxış etdi:

“Biz bu məsələləri xeyli araşdırdıqdan sonra məhz Tromso şəhərini seçdik. Bu tədqiqatları həm dini, həm də astronomik cəhətlərdən qiymətləndirmək olar. Onu deyim ki, bu məsələnin dini əsasları Süleymaniyyə fondunun səlahiyyətli şəxsləri tərəfindən müəyyən edildi. Mən isə həmin meyarların astronomik baxımdan meydana gəlib gəlmədiyini yoxladım.  Biz bu məsələdə bir astronom kimi günəşin harada olduğunu müəyyən edib gələcəkdə hazırlanması planlanan bir təqvimi buna oxşar bir çox müşahidəyə əsasən hazırlaya bilərik. Yəni, bu meyarları hər yerdə tətbiq etmək mümkündür.”

TÜRKİYƏDƏ DİNİ İŞLƏR ÜZRƏ İDARƏ BU MƏSƏLƏDƏ SƏHVƏ YOL VERİR

Mətbuat konfransındakı çıxışlardan sonra professor Abdulaziz Bayındır mətbuat nümayəndələrinin suallarına cavab verdi. Jurnalistlərdən biri Türkiyədəki dini işlər idarəsinin Norveçin Tromso şəhəri üçün namaz vaxtlarını necə hesabladığını soruşdu. Bayındır bildirdi ki, qütb bölgələrindəki namaz vaxtları ilə əlaqədar olaraq indiyə qədər bir müqayisə aparılmayıb və dini məsələlər idarəsinin tətbiq etdiyi ölçülər səhvdir. Sonra o, sözlərinə belə davam etdi:

“Biz bu müşahidələrimizi bir müddət də davam etdirəcəyik. Təqvim ancaq bu müşahidələr başa çatdıqdan sonra hazır olacaq. Şəxsən mən dini məsələlər üzrə idarənin əməkdaşları ilə birlikdə 3 il ərzində müxtəlif müşahidələr apardım. Mən elə o vaxt da onlara deyirdim ki, sizin əsas götürdüyünüz meyarlar düzgün deyil. Təkcə din işləri idarəsi deyil, bütün təşkilatlar  həmin səhv ölçülərə əsasən hərəkət edirlər. Biz dəqiq surətdə: “Filan qədər vaxt səhvdir, bu qədər səhvə yol verilib”, – deyə bilmək üçün gərək öz müşahidələrimizi başa vuraq. Ancaq bundan sonra qəti bir söz söyləmək mümkün olacaq.

MƏNBƏ: “Cihan” xəbər agentliyi

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.397 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 1.230 dəfə oxundu
2 Etikaf 23.06.09 1.358 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 1.798 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 1.377 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 1.351 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 1.247 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 1.049 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 1.753 dəfə oxundu
9 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 1.022 dəfə oxundu
10 İftida: qadının boşanmaq hüququ 14.05.09 850 dəfə oxundu
11 Qadınların şahidliyi 14.05.09 794 dəfə oxundu
12 Hicab və örtünmək (təsəttür) 14.05.09 881 dəfə oxundu
13 Hicabı qadağan edənlər 14.05.09 921 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 2.176 dəfə oxundu
15 Münafiqlərin korluğu 10.04.10 552 dəfə oxundu
16 Nikaha nəzarət 14.05.09 1.674 dəfə oxundu
17 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 902 dəfə oxundu
18 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 660 dəfə oxundu
19 İnsan peyğəmbər 06.07.09 874 dəfə oxundu
20 Təsbeh 06.07.09 1.005 dəfə oxundu
21 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 783 dəfə oxundu
22 Ailənin adından bir qurban 26.02.10 459 dəfə oxundu
23 Donuz dərisi 02.11.09 776 dəfə oxundu
24 Heyzli qadının ibadəti 24.02.10 2.070 dəfə oxundu
25 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 727 dəfə oxundu
26 Quran və müsəlmanlar 29.01.10 1.982 dəfə oxundu
27 Dəlillərlə Cümə namazı 12.02.10 547 dəfə oxundu
28 İnsan cəsədi və avtopsiya 05.02.10 893 dəfə oxundu
29 Qadınlar və Cümə namazı 26.03.10 1.304 dəfə oxundu
30 Valideyndən xəbərsiz kəbin 29.06.09 909 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 790 dəfə oxundu
32 Faiz 29.03.10 871 dəfə oxundu
33 Namazları cəm etmək 08.04.10 1.356 dəfə oxundu
34 Vərdişlər 10.04.10 627 dəfə oxundu
35 Allah, insan və xələf-sələf 12.04.10 602 dəfə oxundu
36 Nəsx və daşqalaq cəzası 27.05.10 793 dəfə oxundu
37 Qəndil 30.06.09 2.460 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 798 dəfə oxundu
39 Oruc və orucun başlanğıcı 27.08.10 861 dəfə oxundu
40 Ramazan bayramı (2010) 08.09.10 695 dəfə oxundu
41 Ramazan bayramının vaxtı 08.09.10 682 dəfə oxundu
42 Zikrin fəzilət və faydaları 26.11.10 837 dəfə oxundu
43 Dua 25.11.10 963 dəfə oxundu
44 Donuz əti və ziyanları 08.12.10 1.083 dəfə oxundu
45 Fitr sədəqəsi 20.06.09 1.171 dəfə oxundu
46 Qadının döyülməsi 07.06.10 1.287 dəfə oxundu
47 Şəfaət 08.04.10 641 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 1.397 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 1.166 dəfə oxundu
50 Şəfaət inancı 08.02.11 666 dəfə oxundu
51 Kəramət nə deməkdir? 15.02.11 564 dəfə oxundu
52 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 925 dəfə oxundu
53 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 724 dəfə oxundu
54 Şirk və küfr 14.07.11 663 dəfə oxundu
55 Quranda əşyaların dili 04.07.11 2.151 dəfə oxundu
56 Seyyidlər kimlərdir? 16.10.11 967 dəfə oxundu
57 Kişinin seksuallığı 09.01.12 1.235 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 669 dəfə oxundu
59 Piramida və şəbəkə marketinqi 24.02.12 293 dəfə oxundu
60 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 218 dəfə oxundu