Müselmanlar
Ad hansı hallarda dəyişdirilməlidir?

Ad hansı hallarda dəyişdirilməlidir?

Sual: Biz Almaniyada yaşayırıq. Bir qızımız var. Adı Melisadır. Bizi tanıyanlar deyirlər ki, bu adı dəyişdirin. Çünki İslama ziddir. Alman qanunlarına əsasən bir adı dəyişdirmək üçün çox güclü bir səbəb göstərmək lazımdır. Əgər biz uşağın adını dəyişdirə bilməsək, elə bu adla qala bilər? Günah olmaz ki?

Cavab: Muhəmməd peyğəmbər (s. a. v.) müsəlmanlardan ancaq mənası din və əxlaq qaydalarına zidd olan adların dəyişidilməyini tələb edib. Digər adlara toxunmayıb.

Melisa (melissa) sözü Yunan mənşəli bir sözdür. Mənası bədrənc, dərman limonotu, oğulotu deməkdir. Yəni, bu, bədrənc növünə aid bir bitkinin, çiçəyin adıdır (melissa officinalis). Yunan dilində bu söz bal arısı mənasını da bildirir.

Məlum olduğu kimi, bu adın İslam dininə zidd bir cəhəti yoxdur. Odur ki, təkcə əcnəbi bir söz olduğunu səbəb göstərib adı dəyişdirmək lazım deyil.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin