Müselmanlar
Peyğəmbər münafiqlərin rəhbəri Abdulla ibn Übeyyi niyə öldürtmədi?

Peyğəmbər münafiqlərin rəhbəri Abdulla ibn Übeyyi niyə öldürtmədi?

Sual: Mən bu yaxınlarda bir məclisdə idim. Orada dindən üz döndərənlərin öldürülüb öldürülməməsi ilə əlaqədar bildiklərimi danışdım. Mənə çox mənfi reaksiya verdilər. Ancaq qane edici bir cavab da verə bilmədilər. Lakin bu sözləri məni çox hiddətləndirdi: “Peyğəmbər Abdulla ibn Übeyy kimi adamları ona görə öldürtmədi ki, insanlar: “Məhəmmədə bax e, bir az güclənən kimi öz dostlarını öldürdür!”, - deməsinlər. Həm də o dövrün digər şərtləri də belə tələb edirdi”. Mən bəzi adamların bu sözünə necə cavab verə bilərəm? Deyirlər ki, dində məcburiyyətin olmaması lap əvvəldən müsəlmanlığı qəbul etməyənlər üçündür. Siz bu məsələləri necə qiymətləndirirsiniz?

Cavab: Quranın Münafiqun surəsində açıq-aydın qaydada bildirilir ki, Abdulla ibn Übeyy və dostları mürtəddirlər. Allah Təala belə buyurur:

“Bunun səbəbi odur ki, onlar əvvəlcə inandılar, sonra özlərini görməməzliyə vurub, kafirlik etdilər. Sonra qəlblərində başqa bir təbiət meydana gəldi. Artıq onlar anlamazlar!

Onları gördüyün zaman cüssələri xoşuna gəlir, əgər danışsalar, sözlərinə qulaq asırsan. Onlar, sanki söykəldilmiş dirəkdirlər. Hər bir səs-küyün öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, onlara qarşı diqqətli ol! Allah onlarını canını alsın, necə də yalana yuvarlanırlar!” (Münafiqun, 63/3-4)

Allah bildirir ki, onlar mömin olduqları halda, kafir olublar. Amma yenə də mömin görünməyə çalışırlar. Elə isə onlara qarşı belə rəftar edilməlidir:

“…Onlar düşməndirlər, onlara qarşı diqqətli ol!”

Muhəmməd peyğəmbər (s. a. v.) də buna müvafiq hərəkət edib.

Sizin də sualınızda qeyd etdiyiniz fikir uzun müddətdir ki, dillərdə dastan olub. Daha doğrusu, bu bir fikir deyil, ortaya atılan əsassız bir iddiadır. ((Burada söhbət aşağıdakı iddiadan gedir:

Peyğəmbər Abdulla ibn Übeyy kimi adamları ona görə öldürtmədi ki, insanlar: “Muhəmmədə bax e, bir az güclənən kimi öz dostlarını öldürdür!”, – deməsinlər.))

Lakin bu o deməkdir ki, guya peyğəmbərimiz bəzi vaxtlarda Allahın əmrini yerinə yetirməyib. Halbuki bu bir böhtandır. Belə bir şey qeyri-mümkündür.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazılarımızı da oxuyun. Həmin yazılar məsələnin daha yaxşı başa düşülməsinə kömək edəcəkdir:

http://www.muselmanlar.com/fitvalar/2188.html

http://www.muselmanlar.com/fitvalar/2154.html

http://www.muselmanlar.com/fitvalar/2811.html

http://www.muselmanlar.com/fitvalar/434.html

http://www.muselmanlar.com/tedqiqatlar/1960.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin