Müsəlmanlar

Bir kişi arvadını boşayıb baldızını ala bilər?

Sual: Mənim sualım eyni vaxtda 2 bacını almaqla əlaqədardır. Bu barədə Quran ayəsi var, bilirəm. Öyrənmək istəyirəm ki, bir kişi arvadını boşayıb baldızını ala bilər? Dində buna icazə verilir?

Cavab: Quranın Nisa surəsinin 23-cü ayəsinə əsasən 2 bacı ilə eyni vaxtda evli olmaq haramdır. Ancaq kişi arvadı öldüyü vaxt, yaxud da ondan ayrıldıqda arvadının bacısı (kişinin öz baldızı) ilə evlənə bilər. Evlənmək üçün gərək boşadığı arvadının iddə müddətinin başa çatmağını gözləsin. Onun iddəti qurtaran kimi baldızı ilə evlənə bilər. ((Baxın: Ömer Nasuhi Bilmen, Hukuk-ı İslamiye ve Istılahat-ı Fıkhiyye Kamusu, 2-ci cild, s. 101.))

Sizin dediyiniz məsələyə bizim adət-ənənələrimizdə yaxşı baxılmır. Bununla yanaşı, İslam dinində bu barədə hər hansı bir qadağa yoxdur.

Bununla əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2659.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.