Müsəlmanlar
Zarafatla evlənmək mümkündür?

Zarafatla evlənmək mümkündür?

Sual: Bir kişi bir qadından qeyri-ciddi formada (bir növ zarafatla) soruşur ki, mənimlə evlənərsən? Qadın da: “Əlbəttə!”, - deyə cavab verir. Sonra kişi deyir ki, biz artıq evliyik, mən bunu başqa adamlara (2 nəfərə) da dedim. Belə bir nikah etibarlıdır? Bu barədə nə qadının, nə də kişinin adamları bilir. İslamda bu haqda nə deyilir?

Cavab: Bu, nikah deyil. Heç bundan söhbət belə gedə bilməz. Odur ki, 2 nəfərə deməyin də bir mənası yoxdur. Bu uzaqbaşı evlənməklə əlaqədar bir sözdür. Halbuki, evlənməyin müəyyən şərtləri var. Valideynin təsdiq etməyi, qızın razılığı və 2 şahid məsələsi kimi. Bu şərtləri yerinə yetirmədən kəsilən kəbin etibarsızdır.

İndi isə bununla əlaqədar olaraq aşağıdakı yazıları nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/393.html

http://www.muselmanlar.com/tedqiqatlar/166.html

http://www.muselmanlar.com/fitvalar/evlilik-aile