Müsəlmanlar
Kişinin arvadından uşaq tələb etmək hüququ var?

Kişinin arvadından uşaq tələb etmək hüququ var?

Sual: Ər arvadından uşaq istəyə bilər? Məsələyə dini cəhətdən yanaşdıqda onun belə bir hüququ var? Bizim 2 uşağımız var, bununla belə, yoldaşım üçüncünü də istəyir. İslam dinində bu barədə nə deyilir? Yəni, evlilik həyatında mütləq övlad sahibi olmaq lazımdır?

Cavab: Evlənmək övlad sahibi olmaq üçündür. Allah Təala belə buyurur:

“Oruclu günlərin gecələrində qadınlarınızla [cinsi] yaxınlıq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. Allah sizin özünüzə olan etibarınıza xələl gətirəcək işlər gördüyünüzü bildi və tövbələrinizi qəbul etdi. İndi onlarla birləşə bilərsiniz. Allah sizin üçün nə yazıbsa [sizə nəyi halal edibsə], onu istəyin.” (Bəqərə, 2/187)

Ayədəki: “Allah sizin üçün nə yazıbsa, onu istəyin”, – ifadəsi uşaq istəyib əlaqədə olmağı lazım bilir. Buna görə də ərin uşaq istəmək hüququ deyil, borcu (vəzifəsi) var. Muhəmməd peyğəmbərin (s. a. v.) bununla əlaqədar olaraq belə dediyini nəql edirlər:

Cabir ibn Abdulla rəvayət edir ki, peyğəmbər (s. a. v.) belə buyurdu:

“Cabir! Allahdan övlad istə (fə aleykə bi-l-keysi, əl-keysi).” ((Buxari, Nikah, 122.))

Maqil ibn Yəsar isə belə bir hədis nəql edib:

“Ərini çox sevən, çox uşaq dünyaya gətirən qadınlarla evlənin. Çünki mən Qiyamət günündə sizin çox olmağınızla digər ümmətlərin qarşısında fəxr edəcəyəm.” ((Əbu Davud, Nikah, 3; Nəsai, Nikah, 11.))

Qadınların dünyaya çox uşaq gətirməyi ailənin xoşbəxtliyi üçün bir vasitə təşkil edir; eyni zamanda öz ümmətinin maddi baxımdan inkişafına da səbəb olur. Bu barədə bəzi elm adamları belə deyirlər:

“75 illik ömrümün axırında belə bir inkişaf fəlsəfəsini anladım: İnkişaf bir ağaca oxşayır. İnkişaf ağacının kökləri, budaqları, yarpaqları və meyvələri olur. Bu ağacın kökü dil, din və incəsənətdir. Gövdəsi əhali və əhalinin çoxluğudur. Budaqları isə inkişafı tamamlayan iqtisadi fəaliyyətlərdir. Əhalisi qələbəlik olmayan bir yerdə inkişaf ağacının gövdəsi inkişaf edə bilməz. İnkişaf etmək üçün budaqlardan qabaq kökləri və gövdəni gücləndirmək lazımdır. Əhalinin iqtisadi inkişaf üçün əhəmiyyətini vaxtilə A. Smith, Colin Clark, Frederic Listy Myrdal kimi şəxslər uzun-uzadı izah ediblər.” ((Sabahaddin Zaim, Türkiyədə nüfus məsələsi, s. 11, Türk dilində.))

“Dünyada inkişaf tempi çox yüksək səviyyədə olan 36 ölkədən 25-inin (70%) əhalisinin artım sürəti belədir: 1-2%. Lakin sürətlə inkişaf edən ölkələrdən dördündə, yəni, 11%-ində əhalinin artımı azdır: 1%-dən az. Deməli, ölkələrin inkişaf tempi ilə əhalinin çoxalması arasında müsbət bir əlaqə mövcuddur.” ((MƏNBƏ: Necati Yeniel, Hüseyin Kayapınar, Sünəni Əbu Davud tərcümə və şərhi, Şamil Yayınevi, İstanbul, 1989, 8-ci cild, s.70-71, Türk dilində.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.