İnsan namazda nə üçün namazı yaddan çıxardır?
Müsəlmanlar > Fitvalar > Namaz > Vəsvəsə-vasvasılıq Tarix: 25 Ocak 2011 Tövsiyə et Çap et
Sual: Mən namaz qılıram. Birdən elə olur ki, namazda olduğumu unuduram. Özümdən asılı deyil, qəflətə düşürəm. Bunun qarşısını necə almaq olar?

Cavab: Siz Allahın rizasına müvafiq bir iş görmək istədiyiniz vaxt şeytan mütləq bir şey etməyə cəhd göstərəcək. Namaz qılmaq da belədir. Nəticədə sizdə daxilən hər cür şübhə baş qaldıracaq və axırda: “Belə namaz olmaz!”, – deyib namaz qılmağı buraxacaqsınız. Şeytanın istədiyi şey də elə budur.

Əslində isə sizin ağlınıza belə şeylər gəlirsə, bu o deməkdir ki, siz şeytanı necə deyərlər, artıq “narahat etmisiniz” və elə bunun özü də sizin düzgün yolda olduğunuzu göstərir.

Namaz qılan insan düzgün yolda olduğuna görə şeytan onun qabağını kəsib namazını unutdura bilər. Bu, Quranın əl-Maun surəsindəki ayəyə daxil deyil. Orada deyilir ki, onlar namazlarının fərqində deyillər. Yəni: “Namaz qıldıqları vaxt namazda olduqlarını dərk edə bilmirlər”, – deyilmir.

Buna görə də insanın namazın vacibləri  və müstəhəblərinin arasında ağlına vəsvəsə gətirməməyi mümkün deyil. Çünki buna heç kəsin gücü çatmaz.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
6.467 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dini məsələlərdə vəsvəsədən nə cür xilas olmaq olar? 10.12.11 3.941 dəfə oxundu
2 İnsanda vəsvəsə həmişə davam edə bilər? 14.06.11 3.951 dəfə oxundu
3 Qüsl vaxtı hamamda çox qalmaq və vəsvəsə halı 07.07.09 7.184 dəfə oxundu
4 İnsan namazda nə üçün namazı yaddan çıxardır? 25.01.11 6.467 dəfə oxundu
5 Vaxtaşırı olaraq Allahın varlığından şübhələnmək vəsvəsədir? 16.04.13 2.707 dəfə oxundu