Müsəlmanlar

Namazda niyyət necə olmalıdır?

Sual: Namaza başlamamışdan qabaq nə cür niyyət etmək lazımdır?

Cavab: Niyyət etmək daxilən bir şeyə qərar vermək, bir işi nə üçün gördüyünü qətiyyətlə bilmək deməkdir.

Namazda niyyət hansı namazı qıldığının fərqində olmaq deməkdir. Niyyəti Ərəb, Azərbaycan və ya başqa bir dildə etməyin fərqi yoxdur. Həm də Muhəmməd peyğəmbər (s. a. v.) namaza durduğu vaxt: “Niyyət edirəm filan namazın vacibini qılmağa” formasında niyyət etməyib. Belə bir məlumat yoxdur. O, belə demişdir:

“Əməllər niyyətlərə əsasən baş verir”. (Müslüm, İmarə, 155)

Niyyətlə əlaqədar olaraq təkcə bu hədis var. Bunun izahı belədir: Hansı namaz qılınırsa, qılınsın, namaz qılan bunu bilirsə (şüurlu surətdə qılırsa), elə bu onun niyyətidir. Mütləq: “Niyyət edirəm filan namazı qılmağa”, – deməyi şərt deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.