Müsəlmanlar
“Ev tikmək üçün xərclənən pulda xeyir yoxdur” hədisi səhihdir?

“Ev tikmək üçün xərclənən pulda xeyir yoxdur” hədisi səhihdir?

Cavab: Ənəs ibn Malikdən (r. a.) rəvayət olunur ki, Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:

“Bütün xərclənən şeylər Allah yolunda sərf edilmiş kimi qəbul olunur. Yəni, insan buna görə savab qazanır. Ancaq bina və tikinti üçün xərclənən şeylərdə bir xeyir yoxdur.” ((Tirmizi, Sifatu-l-Qiyamət (Qiyamətin xüsusiyyətləri), 40.))

Tirmizi bir hədis alimi kimi kitabında qeyd etdiyi bu hədisin qərib ((Sənədinin bir və ya bir neçə mərhələsində rəvayət edənlərin sayı 1-ə qədər azalan hədis.)) olduğunu bildirib. Yəni, bu hədis bu halda zəifdir. Bununla yanaşı, bu hədisə oxşayan amma səhih (düzgün) olmayan bir hədis də Buxarinin hədis külliyatında qeyd olunub. Orada belə deyilir:

(Qeys ibn Ebu Hazim belə dedi): Biz xəstə yoluxmaq üçün Həbbabın (İbnu-l-Ərət) yanına getdik. Həbbab öz qarnını 7 yerdən dağlamışdı. Bizə belə dedi:

“Bizdən əvvəl yaşayan və (peyğəmbər dövründə ölüb) gedən elə dostlarımız var idi ki, dünya onların (axirətdəki xoşbəxtliklərindən) heç bir şeyi azaltmamışdı. (Çünki onlar dünyada yoxsulluq içində yaşadılar. Bizə gəldikdə, biz (fəthlərə görə) o qədər dünya malı qazandıq ki, indi onu torpaqdan (qəsrlər tikməkdən) başqa sərf etməyə bir yer tapa bilmirik. Əgər peyğəmbər bizə ölümü istəməyi qadağan etməsəydi, şübhəsiz ki, mən (xəstəliyin verdiyi əziyyətin ucbatından) ölümü arzulayardım!”

Qeys sözlərinə belə davam etdi: Biz bir müddətdən sonra yenə Həbbaba baş çəkməyə getdik. O özü üçün bir divar tikirdi. Bizə belə dedi:

“Müsəlmana infaq və xərclədiyi hər bir şeyə görə savab yazılır. Amma bu torpağa sərf etdiyi mal-mülk barədə savab verilmir.” ((Buxari, Mərda, 19.))

Bu hədisi şərh edən İslam alimləri insanın tikdiyi və ya tikdirdiyi vaxt savaba nail olmadığı tikinti barədə belə deyirlər:

Burada insanın ehtiyacından artıq olan bina (ev, imarət və sairə) nəzərdə tutlur. ((Geniş məlumat üçün baxın: İbn Həcər, fəthu-l-bari, 21-ci cild, s. 243, 5672 nömrəli hədisin izahı; Əl-Ayni, umdətu-l-qari, 17-ci cild, s. 359.))

Deməli, insanın ehtiyacı olan ev tikildiyi vaxt xərclənən pul da infaqa daxildir və insana savab qazandırır.