Müsəlmanlar
Operasiya olunan şəxs namazı bir müddət təxirə sala bilər?

Operasiya olunan şəxs namazı bir müddət təxirə sala bilər?

Sual: Mənim 19 yaşım var. Tikintidə işləyirəm. O gün ayaq barmaqlarımdan biri zədələndi, dırnağım da qopdu. Həkimə getdim. Kiçik bir operasiya apardı. Hal-hazırda barmağımda tikişlər var. Ağrı da davam edir. Çünki yara hələ tam bitişməyib. Belə olan halda, bir müddət namaz qılmasam, olar?

Cavab: Xeyr, olmaz! Namaz vaxtlardan asılı bir ibadətdir. Odur ki, namazları vaxtlı-vaxtında qılmaq lazımdır. Vaxt başa çatdıqdan sonra namazı qılmaq mümkün deyil. Ona görə də İslamda namazı təxirə salmaq anlayışı yoxdur. Heç bir şey namazı qəzaya saxlamağa əsas vermir. Quranın Nisa surəsinin 101-103-cü ayələrini oxusanız, görərsiniz ki, Allah müharibədə belə (1 rükət olsa da), namaz qılmağı əmr etmiş, qəzaya qalmağına əsla razılıq verməmişdir.

Lakin İslam dinində bir çox asanlaşdırma da var. Siz bu halda dəstəmaz aldığınız vaxt ayağınızı sarıqlı olan hissəsinə məsh çəkin. Əgər namazı ayaq üstə qıla bilmirsinizsə, gücünüz nə cür çatırsa, o cür qılın. Amma namazınızı mütləq qılın.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidləri də nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/2087.html

http://www.muselmanlar.com/fitvalar/2006.html

http://www.muselmanlar.com/fitvalar/qeza-namazi

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.