Müsəlmanlar
Bir malı almaq fikrindən daşınan alıcı cərimə verməlidir?

Bir malı almaq fikrindən daşınan alıcı cərimə verməlidir?

Sual: Mən böyük bir ticarət mərkəzində işləyirəm. Burada istər-istəməz bazar mühitindəki müxtəlif hallara şahid oluram. Misal üçün, birdən elə olur ki, alıcı ilə satıcı bir şeyin alış-satışı barədə razılığa gəlirlər. Lakin elə olur ki, alıcı malı almaq fikrindən daşınır. Bu halda alıcı şəxs aradakı razılıqdan çəkildiyi üçün nəsə bir cərimə ödəməlidir?

Cavab: Al-ver tərəflərin: “Aldım, alıram” və “Satdım, satdım, verirəm”, – kimi sözləri ilə baş tutur. Malın satıcı tərəfindən alıcıya təhvil verilməsi alış-satışın şərti deyil, ondan irəli gələn nəticələrdən biridir. Bütün bunlardan sonra alıcı malı almaq fikrindən daşına bilməz. Malı almalı və haqqını aradakı razılığa əsasən verməlidir (əvvəlcə necə razılaşıblarsa, o cür).

Əgər satıcı razıdırsa, kliyent malı qaytara bilər. Alınan malı qaytarmaq təzə bir satış hesab olunur. Ona görə də bu, fərqli bir qiymətlə ola bilər. Beləliklə, satıcının ziyanının bir hissəsi də ödənmiş olar.