Müsəlmanlar

Zahılıq halı 40 gündən çox çəksə, nə olar?

Sual: Mən övladımı dünyaya gətirdim. İndi zahılıq halı (nifas) 40 gündən çoxdur ki, davam edir. Qanama kəsilmədi. Təmizlənib namaz qılmaq istəyirəm. Bunun üçün qanın kəsilməyini gözləməliyəm? Yoxsa doğuşun üstündən 40 gün keçdiyi üçün qanın kəsilməsini gözləmədən yuyuna bilərəm? Mən bu halda təzədən namaz qılmağa başlaya bilərəm?

Cavab: Zahılıq (nifas) halında qan görmək müddəti uzaqbaşı 40 gün olur. Bundan sonra gələn qan nifas qanı deyil. İstihazə adlanan bu qan insanın digər bədən üzvlərindən axan qan kimi qəbul olunur. Bu halda olan bir qadın namaz qılmalıdır. Əri ilə cinsi əlaqədə də ola bilər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.