Kişilər qadınlara qüsl və aybaşı kimi məsələlərə dair məlumat verə bilərlər?
Müsəlmanlar > Aybaşı > Fitvalar Tarix: 18 Ocak 2011 Tövsiyə et Çap et
Sual: Kişi müəllimlər və din xadimləri bir söhbət, iclas və ya yığıncaqda qadınlara dəstəmaz, qüsl, aybaşı və təmizlik kimi məsələlər haqqında danışa bilərlər? Buna dində icazə verilir?

Cavab: Bəli, dində buna icazə var. Əshabələrin xanımlarına təmizlik, cinsi həyat, qadınlara məxsus hallar və bu kimi məsələlərin hamısını məhz Muhəmməd peyğəmbər (s. a. v.) izah edirdi. Peyğəmbər vəfat etdikdən sonra bu işi onun xanımlarından biri olan Aişə öz öhdəsinə götürdü. Bu vaxt kişilər də onun yanına gəlir, dəstəmaz, qüsl və cinsi həyatla əlaqədar suallarını soruşur və cavablarını alırdılar. Bu məsələdə cavab verənin cinsiyyəti vacib deyil; əsas odur ki, suallara cavab verən və məsələləri izah edən şəxs bu məsələləri bilsin, yəni, buna bir növ həm elmi, həm də qabiliyyəti olsun. Əgər insan bu sahədə həqiqətən də, mütəxəssisdirsə, cinsiyyətin əhəmiyyəti yoxdur. Kişilər qadınlara, qadınlar da kişilərə dərs verə bilərlər.

Qısa desək, elmin cinsiyyəti yoxdur. Ona görə də bu kimi məsələlərdə utanmaq lazım deyil. Aşağıdakı hədis buna misal təşkil edir:

Aişədən (r. a.) nəql olunduğuna görə Ənəs ibn Malikin anası Ümmü Süleym əl-Ənsariyyə peyğəmbərin yanına gəlib soruşdu:

“Ey peyğəmbər, şübhəsiz ki, Allah Təala həqiqətin soruşulması məsələsində utanmağı əmr etmir. Qadın yuxuda kişinin gördüyünü görübsə, qüsl etməlidir, yoxsa yox? Mənə bu barədə bir söz deyərsinizmi?”

Peyğəmbər cavab verdi ki, bəli, əgər suyu görsə, yuyunsun.

Mən dərhal üzümü Ümmü Süleymə tutub: “Eh, heç qadın ona görər?”, – dedim. Bunun üstündən peyğəmbər belə dedi:

“Allah sənin xeyrini versin ey Aişə! Bəs uşağı qadına niyə oxşayır?”1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Müslim, Heyz, 31 (312); Əbu Davud, Təharət, 96. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.920 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Aybaşı vaxtı cinsi əlaqə 21.01.10 72.783 dəfə oxundu
2 Cinsi əlaqədən sonra aybaşı olan qadın qüsl etməlidir? 21.01.10 12.889 dəfə oxundu
3 Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər? 21.01.10 9.247 dəfə oxundu
4 İftara 10 dəqiqə qalmış aybaşı olan qadının orucu batil olur? 29.07.13 6.192 dəfə oxundu
5 Aybaşı halında olan qadın məscidə girə bilər? 16.02.10 2.394 dəfə oxundu
6 Oruclu vəziyyətdə aybaşı olan qadının orucu pozulur? 02.08.13 8.368 dəfə oxundu
7 Heyzli qadın Kəbəni təvaf edə bilər? 13.02.10 1.744 dəfə oxundu
8 Toy gecəsi aybaşı 14.06.10 68.844 dəfə oxundu
9 Bir qadının aybaşısı nə vaxt başa çatmış hesab olunur? 18.01.11 4.222 dəfə oxundu
10 Kişilər qadınlara qüsl və aybaşı kimi məsələlərə dair məlumat verə bilərlər? 18.01.11 1.920 dəfə oxundu
11 Zahılıq halı 40 gündən çox çəksə, nə olar? 18.01.11 3.501 dəfə oxundu
12 Qadınlardan gələn ağ rəngli axıntı dəstəmazı pozur? 17.04.10 9.082 dəfə oxundu
13 Qadın aybaşı halında olduğu vaxt kəbin kəsdirmək olar? 02.02.11 3.301 dəfə oxundu
14 Aybaşı qurtarandan sonra ləkələr namaz qılmağa mane olur? 18.02.11 36.535 dəfə oxundu
15 Aybaşı ərəfəsində yaranan ləkələr namaza mane olur? 18.02.11 2.780 dəfə oxundu
16 Heyzli qadının ibadəti 24.02.10 26.142 dəfə oxundu
17 Mömin murdar olmursa, heyzli qadın niyə təmiz hesab edilmir? 06.07.11 1.886 dəfə oxundu
18 Bir qadın bir həftəlik fasilə ilə iki dəfə aybaşı ola bilər? 21.01.10 2.256 dəfə oxundu
19 Aybaşı 7-ci gündə başa çatmasa, cinsi əlaqədə olmaq olar? 16.05.12 12.539 dəfə oxundu
20 Aybaşı vaxtı xına qoymaq 21.01.10 5.883 dəfə oxundu
21 Etikafa çəkilən qadın aybaşı olsa, etikaf batil olur? 30.08.12 2.767 dəfə oxundu
22 Heyzli qadının dırnaq tutmağı və özünü təmizləməsi düzdür? 22.11.12 1.834 dəfə oxundu
23 Spiraldan irəli gələn pre-menstrual qanama və qadının namazı 12.07.13 2.614 dəfə oxundu