Müsəlmanlar
Hafizliyi itirməmək üçün nə etmək lazımdır?

Hafizliyi itirməmək üçün nə etmək lazımdır?

Sual: Mən vaxtilə Quranı tamam-kamal əzbərləmişdim. İndi isə işləyirəm, bizneslə məşğul oluram. Bununla yanaşı, Quranı yaddan çıxartmaq da istəmirəm. Bəlkə də, yüzlərlə dost-tanış mənimlə eyni vəziyyətdədir. Bir nəfər mənə demişdi ki, 6 ay ərzində 3 gündən bir Quranı xətm eləmək hifzi gücləndirir. Bəs siz bu məsələdə mənə nə məsləhət görürsünüz?

Cavab: Siz gündəlik bir proqram-plan hazırlayın. Hər gün orta hesabla 1 saat vaxtınızı buna ayırın. Yaxşı olar ki, bununla sübh çağı – sübh namazının vaxtlarında məşğul olasınız. Çünki səhər vaxtı insanın zehni təmiz və dincəlmiş olur. Ona görə də oxunan şeylər yaddaşda yaxşı qalır.

Bununla yanaşı, MP3 cihazı kimi bir şey alın. Həmin cihaza qiraətini bəyəndiyiniz bir şəxsin xətmini yükləyin. Misal üçün, Abdulbasit Abdussaməd, Minşavi, Mahir əl-Mueyqli, Əhməd əl-Əcəmi və sairə kimi Quran qarilərinin xətmlərini. Yolda yeridiyiniz (ehtiyatlı olmaq və yol hərəkəti qaydalarını pozmamaq şərti ilə) vaxt, eləcə də nəqliyyat vasitələrində Qurana qulaq asın ki, bu yolla da təkrar edə biləsiniz.

Bizim saytımızın aşağıdakı bölməsindən də Qurana qulaq asa bilərsiniz. Faylları kompyuterə endirmək də mümkündür. Keçid aşağıdakı kimidir:

http://www.muselmanlar.com/qurana-qulaq-asin

Aşağıda götərilən sayt da bu baxımdan sizin üçün faydalı olacaqdır. Həmin saytda 700-dən çox Quran hafizinin qiraəti mövcuddur. Oradan da Qurana qulaq asıb surələri kompyuterinizə endirə bilərsiniz. Saytın ünvanı belədir:

http://www.midad.me/quran