Mürtədin öldürülməli olduğunu deyən müşrikdir?
Müsəlmanlar > Fitvalar > Mürtədlik Tarix: 10 Ocak 2011 Tövsiyə et Çap et
Sual: Quranın Nisa surəsinin 137-ci ayəsində Allah insanın dəfələrlə mürtəd olmağına baxmayaraq ona dünyəvi cəza verilməyini məsləhət bilməyib. Xəlifə Ömər, Süfyani Səvri və bəzilərinin sizin də qeyd etdiyiniz kimi, rəflərdə toz tutmuş kitablara baxıldığı vaxt mürtədi öldürtmədikləri məlum olur. Elə isə: “Mürtədləri öldürmək lazımdır”, - deyənlər şirkə düşürlər? Bu barədə nə demək olar?

Cavab: İnsanlar alim olsalar da, səhv edərlər. Biz çalışırıq ki, həmin səhvləri müəyyənləşdirib düzəldək. Amma səhv etdiyinə görə heç kimə müşrik demək olmaz. Əgər: “Biz Allahın açıq-aydın ayələrinə baxmayaraq mürtədin öldürülməli olduğuna inanırıq”, – desələr, o vaxt müşrik olarlar. Səhv olsa belə, özlərinə görə ayə və hədislərə əsaslanmışlar.

Hal-hazırda o kitabları yazan alimlər sağ deyillər, ölüblər. Biz onları mömin qəbul edirik. Buna görə də arxalarından xeyir-dua etməli və onları bu cür münasib şeylərlə yad etməliyik. Allah Təala belə buyurur:

“Onlardan sonra gələnlər: “Ey Rəbbimiz! Bizi və bizdən qabaq iman gətirən qardaşlarımızı bağışla. Ürəyimizdə möminlərə qarşı kin-küdurət qoyma. Rəbbimiz, şübhəsiz ki, sən şəfqətlisən, mərhəmətlisən”, – deyərlər”. (Həşr, 59/10)

“Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və bütün möminləri bağışla”. (İbrahim, 14/41)

İndi isə zəhmət olmasa, sualınızla əlaqədar olaraq aşağıdakı keçidi də nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/2154.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.811 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dindən dönənlər mirasdan məhrum edilə bilərmi? 30.01.16 578 dəfə oxundu
2 Dindən dönüb mürtəd olan bir adamın nikahı pozulurmu? 30.12.15 1.306 dəfə oxundu
3 İslam dini və məzhəblər mürtədlərə necə yanaşır? 11.06.10 2.269 dəfə oxundu
4 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.519 dəfə oxundu
5 Mürtədin öldürülməli olduğunu deyən müşrikdir? 10.01.11 1.811 dəfə oxundu
6 Peyğəmbər münafiqlərin rəhbəri Abdulla ibn Übeyyi niyə öldürtmədi? 28.01.11 1.472 dəfə oxundu
7 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.036 dəfə oxundu