Müsəlmanlar
Qadın uşağına süd verməlidir, ya yox?

Qadın uşağına süd verməlidir, ya yox?

Sual: Bəziləri deyirlər ki, evin xanımı uşağını əmizdirmək, evi təmizləmək və xörək bişirmək məcburiyyətində deyil. Bu düzdür?

Cavab: Uşağı əmizdirmək ananın borcudur. Allah belə buyurur:

“Analar uşaqlarını əmizdirmə müddətini tamamlatmaq istəyən [atalar] üçün tam iki il əmizdirsinlər. Onların mərufa uyğun yeməyi və geyimi uşağın atasının üzərinə düşür. Heç kimə gücünün çatdığından artıq yük yüklənməz. Uşağın ucbatından nə ana, nə də ata zərər çəksin”. (Bəqərə, 2/233)

Ayədən də başa düşüldüyü kimi, uşağını 2 yaşından əvvəl süddən kəsmək istəyən ana bu qərarı belə, öz başına verə bilməz. Sadəcə olaraq əri ilə razılığa gəldikdən sonra körpənin südünü vaxtından əvvəl kəsə bilər.

Ailə həyatında həm kişinin, həm də qadının bir sıra əxlaqi borcları var. Elə güman edilməsin ki, ailədə qadına heç bir vəzifə verilməyib. Qadın evin içindəki işlərə görə, kişi isə çöl-bayırdakı işlərə görə cavabdehdir. Həzrəti Muhəmməd (s. a. v.) həzrəti Əli (r. a.) və həzrəti Fatimə (r. a.) arasında belə bir iş bölgüsü qoymuşdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.