Müsəlmanlar
Şafi məzhəbindən olan qadın əl və üzünü örtməlidir?

Şafi məzhəbindən olan qadın əl və üzünü örtməlidir?

Sual: Şafi məzhəbinə əsasən namazın xaricində bir qadının naməhrəmə əlləri və üzü də övrət yeri hesab olunur? Şafi məzhəbinə mənsub olan qadınlar əllərini və üzlərini örtməlidirlər? Xahiş edirəm, sualıma Şafi məzhəbinə əsasən cavab verin.

Cavab: Şafi məzhəbinin təlimlərinə əsasən qadının namazdakı övrəti əllər və üzündən başqa bütün bədənindən ibarətdir. Yəni, qadın əllər və üz istisna olmaqla, bütün bədənini örtməlidir. Namazdan kənarda isə əlləri və üzü də daxil olmaqla, onun bütün bədəninə baxmaq haramdır. Bununla yanaşı, qadın özünü örtməyə məcbur deyil. Müayinə üçün həkimə, izahat vermək üçün məhkəməyə, alver etmək üçün alıcının, yaxud da satıcının qarşısına çıxa bilər (MƏNBƏ: Halil Günenç, Büyük Şafii İlmihali, Hilal nəşriyyatı, əlavələrlə 2-ci nəşr, s. 85, “Namazın sıhhat şərtlərı” fəsli, C bəndi).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.