Fatihəni mütləq pirin içində vermək lazımdır?
Müsəlmanlar > Fitvalar > Qəbristan-Qəbir ziyarəti Tarix: 23 Aralık 2010 Tövsiyə et Çap et
Sual: Bəzi insanlar pirin ətrafında durur və başlarını aşağı əyib Fatihə oxuyurlar. Onlar belə inanırlar ki, pirdəki cəsəd çürümür, onları görür və eşidir. Fatihə surəsini mütləq pirin içində oxumaq lazımdır, yoxsa qıraqdan da olar? Şəxsən mən bir az kənarda durub Fatihə verdim. Həm də mən meyyitin çürümədiyinə və məni eşitdiyinə bir o qədər də inanmıram. Bu məsələni dini cəhətdən necə qiymətləndirmək lazımdır?

Cavab: Ölənlər üçün edilən duanın yeri vacib deyil. Qəbir ziyarəti məsələsində əsas məsələ budur: Bu ziyarət qəbir üstünə gedən insana ölümü xatırladır. Muhəmməd peyğəmbər (s. a. v.) qəbir üstünə getməyi tövsiyə edib. O, bu barədə belə buyurub:

Qəbirləri ziyarət edin, bu, sizə axirəti (o biri dünyanı) xatırladar.1

Qəbir üstünə gedib ölüləri ziyarət edən insan axirəti yada salmalı, dünyanın müvəqqəti olduğunu və bir gün özünün də öləcəyini fikirləşməlidir. Qəbrin yanına gələndə:“Ey möminlər yurdunun sakinləri! Sizə salam olsun! İnşallah biz də sizin cərgənizə qoşulacağıq. Allah bizdən və sizdən ölmüş və ölməmiş olanlara rəhmət etsin. Allahdan bizə və sizə mərhəmət diləyirik. Ey Allahım! Bunlara rəhmət et, bağışla onları. Onları Cəhənnəm əzabından qoru və Cənnətinə qoy”, – deyib dua etmək də olar. Bunlar peyğəmbərimizin bizə məsləhət gördüyü şeylərdir.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidləri nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/2163.html

http://www.muselmanlar.com/fitvalar/3215.html

http://www.muselmanlar.com/dusunce-sahesi/2595.html

Cəsədlərin çürüməsi məsələsinə gəldikdə isə Allah Təala belə deyir:

“Sizi torpaqdan yaratdıq. Yenə ona qaytaracağıq və sizi bir dəfə də torpaqdan çıxardacağıq”.2

Yuxarıdakı ayəyə əsasən bütün insanlar nəhayət torpaq olacaqlar. Bədənin qəbirdə çürüməyi müxtəlif fiziki şərtlərdən asılıdır. Təzədən dirilməyə qədərki mərhələdə çürüyüb torpaq olmaq başa çatacaq. Bədənin çürüməyi ilə insanın yaxşı və ya pis insan olmağı arasında bir əlaqə yoxdur. Həqiqətən də, fironların bədənləri öldükdən sonra mumiyalanıb və çürüməyib. Amma Qiyamətdən əvvəlki şərait hazır hala gəldikdə, onlar da çürüyəcək.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. İbn Macə, Sünən, Cənaiz, 47. []
  2. Taha, 20/55. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.478 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qəbristanlıq şəhərdə olmalıdır, yoxsa qıraqda? 28.05.11 6.498 dəfə oxundu
2 Ölülər eşitmirlərsə, biz niyə onlara salam veririk? 24.06.11 3.482 dəfə oxundu
3 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.561 dəfə oxundu
4 Pir və ziyarətgahlar 07.12.10 20.820 dəfə oxundu
5 Qəbirlərə şəkil qoydurmaq olar? 10.01.12 4.251 dəfə oxundu
6 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.203 dəfə oxundu
7 Qəbirlərin təhqir edilməsinə münasibət 01.11.13 1.512 dəfə oxundu
8 Qəbir ziyarəti 29.06.09 4.405 dəfə oxundu
9 Qəbir əhlindən bir şey istəmək olarmı? 25.05.16 1.494 dəfə oxundu
10 Heyzli qadının qəbir üstünə getməsi 29.06.09 3.895 dəfə oxundu
11 Qəbirstanlıqlarda radiodan Quranın yayınlanması nə dərəcədə doğrudur? 18.11.16 710 dəfə oxundu
12 Ölülərdən kömək istəmək düzgündür? 29.06.09 2.739 dəfə oxundu
13 Adətli/heyzli qadın qəbir üstünə gedə bilərmi? 20.03.18 139 dəfə oxundu
14 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 3.187 dəfə oxundu
15 Bayram günü qəbir üstünə getmək dini cəhətdən düzgündür? 02.04.10 3.017 dəfə oxundu
16 Qəbirdən torpaq götürmək və gül-çiçək qopartmaq günahdır? 04.06.10 5.000 dəfə oxundu
17 Qəbristanlığın yanından keçdikdə musiqiyə qulaq asmaq olar? 14.06.10 3.074 dəfə oxundu
18 Fatihəni mütləq pirin içində vermək lazımdır? 23.12.10 2.478 dəfə oxundu
19 Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər? 21.01.10 11.638 dəfə oxundu
20 Qəbristanlıqda məscid tikmək olar? 03.03.11 2.118 dəfə oxundu