Ümidsizliyin əlacı nədir?
Müsəlmanlar > Fitvalar > Tövsiyə-məsləhət Tarix: 03 Aralık 2010 Tövsiyə et Çap et
Sual: Birdən elə olur ki, ümidsizliyə düşüb məyus oluram. Çünki 2 ildir ki, süni mayalanma yolu ilə övlad sahibi olmaq istəyirəm. Hər dəfə müvəffəqiyyətsizliklə nəticələnir. Təbii ki, mənim ürəyim buna görə çox sıxılır. Sanki Allahla danışırammış kimi, çox pis olub deyirəm: “Bax, keçən dəfə dua etdim, bir nəticə hasil olmadı. Bu səfər heç dua da etməyəcəyəm. Məgər camaatın uşağı xeyirli övladdır, mənimki xeyirsiz? Mənə niyə övlad vermirsən?”. Bilirəm ki, bu hərəkətim düzgün deyil. Allah yazmayıbsa, uşaq olmayacaq. Ancaq bu da var ki, bu fikirləri özümdən qovub uzaqlaşdıra bilmirəm. Artıq ümidim qalmayıb. Bilirəm ki, ümidsiz olmaq da günahdır. Amma nə cür təslim olacağımı bilmirəm. Mənə nə məsləhət görürsünüz? Artıq taqətim qalmayıb.

Cavab: Dünya imtahan dünyasıdır. Bu o deməkdir ki, bu imtahanın hansı şəraitdə keçəcəyini biz yox, Allah müəyyən edir. Ruzini verən Allahdır. Uşağı verən də Allahdır. Allah bəzi insanlara geniş imkanlar verdiyi halda, bəzilərini çətinliklərlə sınayır. Kimi insanlara övlad verdiyi halda, kimilərinə vermir. Yəni, elələri var ki, uşaqsız olurlar. Bütün bunlar onun əmri ilə meydana gəlir. Allah Təala bu barədə belə deyir:

“Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir”.

“Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, ölçünü qoyan Odur”.1

Deməli, Allah sizinlə əlaqədar ölçünü  (tale, qədər) belə qoyub. Bir növ belə məsləhət bilib. Siz istəsəniz də, istəməsəniz də, bu ölçü tətbiq olunur. Ona bilərək təslim olsanız, həm rahatlaşarsınız, həm də Allahın dərgahında bir qiymətiniz olar.

Biz bilə bilmərik ki, Allah sizin üçün yekun ölçü olaraq nəyi müəyyən edib. Ona görə də övlad sahibi olmaq üçün cəhd edin. Allah Quranda bizə elə əhvalatlardan bəhs edir ki! Həmin qissələr göstərir ki, Allahdan heç vaxt ümid kəsmək olmaz! Həmin əhvalatları özünüz oxuyasınız deyə, biz sadəcə olaraq surələrin adını və ayələrin yerini yazmaqla kifayətlənirik:

Ali-İmran, 3/38-41; Məryəm, 19/1-11; Hud, 11/69-73; Hicr, 15/51-56.

  1. Şura, 42/49-50. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
4.535 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 14 yaşım var, örtünmək istəyirəm. Nə etməliyəm? 17.09.14 3.235 dəfə oxundu
2 Dediyimiz nəziri hökmən dediyimiz kasıba verməliyik? 10.03.11 2.109 dəfə oxundu
3 Qurana görə tövbəsi qəbul edilməyənlər kimlərdir? 10.02.17 736 dəfə oxundu
4 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 13.209 dəfə oxundu
5 Allah və xilqətlə əlaqədar suallar insanı kafirləşdirir? 11.03.11 2.102 dəfə oxundu
6 Tövrat və İncili oxumaq haramdırmı? 07.07.17 302 dəfə oxundu
7 Altı həftəlik yay kursunda şagirdlərə nə öyrətmək olar? 23.06.10 2.592 dəfə oxundu
8 Ata-ana övladı çağırdığı vaxt hər dəfə yanlarına getməlidir? 12.06.11 2.736 dəfə oxundu
9 Vücudumuza cəfa vermək əcəlimizi qısaldırmı? 10.07.17 249 dəfə oxundu
10 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 3.444 dəfə oxundu
11 Qurandakı xüsusi sözlər üçün hansı mənbələrə baxmaq lazımdır? 17.07.11 2.338 dəfə oxundu
12 Əlimizdəki imkanları, malı necə dəyərləndirəcəyik? 28.07.17 64 dəfə oxundu
13 Qeyri-müsəlmanlarla evlənmək olarmı? 18.04.16 1.169 dəfə oxundu
14 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 7.746 dəfə oxundu
15 İnsanları səhv məlumatlandıran müəllimlərə qarşı nə etməliyik? 06.04.18 85 dəfə oxundu
16 Əxlaqımı püxtələşdirmək istəyirəm. Məsləhətiniz nədir? 13.07.10 2.763 dəfə oxundu
17 Dini məsələlərdə vəsvəsədən nə cür xilas olmaq olar? 10.12.11 3.806 dəfə oxundu
18 İnsanda vəsvəsə həmişə davam edə bilər? 14.06.11 3.820 dəfə oxundu
19 Qızımda depressiya var. Nə edim? 22.11.10 3.181 dəfə oxundu
20 Səfər ayına məxsus bir ibadət var? 27.12.11 2.012 dəfə oxundu
21 Mənə elə gəlir ki, Allah mənə kömək etmir. Bu halda nə etməliyəm? 09.03.10 5.558 dəfə oxundu
22 Uşaqlara İslamı necə başa salmaq lazımdır? 02.12.10 2.905 dəfə oxundu
23 Arvadına zülm verəcəyindən qorxan bir nəfər evlənməyə bilər? 03.01.12 2.826 dəfə oxundu
24 Əsgərlikdə namazı necə qılmaq olar? 01.10.11 3.618 dəfə oxundu
25 Ümidsizliyin əlacı nədir? 03.12.10 4.535 dəfə oxundu
26 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 2.080 dəfə oxundu
27 Mənim 40 min manat borcum var və bundan heç cür xilas ola bilmirəm. 11.09.09 4.120 dəfə oxundu
28 Hafizliyi itirməmək üçün nə etmək lazımdır? 11.01.11 2.435 dəfə oxundu
29 Namazı iş yerində oturulu qılmaq olar? 09.01.12 4.140 dəfə oxundu
30 İmanın zəifliyi, namazdan soyumaq və namaz qıla bilməmək 15.01.10 5.388 dəfə oxundu
31 Bəzən sübh namazına dura bilmirəm. Bunu necə həll edim? 29.03.10 15.332 dəfə oxundu
32 Şagird və tələbələr namazlarını cəm edə bilərlər? 12.01.12 3.602 dəfə oxundu
33 Quranda hər şey yazılıb? 15.01.10 3.806 dəfə oxundu
34 Xüşu və xüşulu olmaq nə deməkdir? 04.02.11 5.115 dəfə oxundu
35 Müvəqqəti formada içkili bir yerdə işləmək olar? 25.06.12 2.119 dəfə oxundu
36 Pornoqrafik şəkil və filmlərə baxmamaq üçün nə etməliyəm? 15.01.10 7.368 dəfə oxundu
37 Namazda xüşulu olmaq üçün nə etmək lazımdır? 04.02.11 3.674 dəfə oxundu
38 Süd bankı məsələsinə necə yanaşırsınız? 31.03.13 1.637 dəfə oxundu
39 Quran əleyhinə danışanlarla münasibətimiz necə olmalıdır? 08.02.16 849 dəfə oxundu
40 Atamgil məni pulsuzluğa görə evləndirmirlər. Mən nə edim? 09.02.11 4.264 dəfə oxundu
41 Hazırkı dövrdə Quran və hafizlik nə cür tədris olunmalıdır? 20.05.13 1.456 dəfə oxundu
42 Müvəffəq olmağın yolu nədən keçir? Dində bu barədə nə deyilir? 17.04.10 2.479 dəfə oxundu
43 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 24.077 dəfə oxundu
44 Bu zəmanədə Qurana nə cür xidmət etmək olar? 06.02.14 1.785 dəfə oxundu
45 Ayələrə zidd danışan şəxslərə həmişə müdaxilə etmək lazımdır? 18.11.14 1.214 dəfə oxundu
46 Biz bütün danışıqlarımızda“inşallah” deməliyik? 10.11.11 3.057 dəfə oxundu
47 Allah yoxmuş kimi davrananlara münasibətimiz necə olmalıdır? 11.03.16 813 dəfə oxundu