Müsəlmanlar
Evlilikdə qan bacı-qardaşlığı

Evlilikdə qan bacı-qardaşlığı

Sual: Mənim anam ürəyindən əməliyyat edildi. Əməliyyat vaxtı təcili surətdə qan lazım oldu. Atam xəstəxanalardan qan alıb gətirdi amma həmin qan çatmadı. Bu halda anama öz qanından bir qədər verdi. Elə isə anamla atam bir-biri ilə qan qardaş-bacısı oldular? İslamda buna necə qiymət verilir?

Cavab: İslam dinində qan qardaşlığı və qan bacılığı deyilən bir anlayış yoxdur. Atanızın ananıza verdiyi qan onların arasında hansısa bir maneə təşkil etmir. Yəni, onlar yenə ər-arvad olaraq qalırlar.

Evlənməyə mane olan qardaş-bacılıq həqiqi qardaş-bacılıq və süd bacı-qardaşlığıdır. Bu kimi məsələlərə dair ətraflı məlumatı aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/evlilik-aile