Qızımda depressiya var. Nə edim?
Müsəlmanlar > Fitvalar > Müalicə və sağlamlıq > Tövsiyə-məsləhət Tarix: 22 Kasım 2010 Tövsiyə et Çap et
Sual: Mənim 17 yaşında bir qızım var. Çox güman ki, yaş dövründən asılı olaraq şəxsi həyatında baş verən xırda-para şeyləri özü üçün böyük problemə çevirir. İndi elə vəziyyətdədir ki, öz köhnə dost-tanış mühitindən uzaqlaşıb. Təzə həyatına da uyğunlaşa bilmir, bir növ köhnə həyatını arzulayır və həmişə bikef olur. Mən ona başa salmağa çalışıram ki, yan-yörəmizdə çoxlu çətinlikləri olan və bizdən də çətin vəziyyətdə yaşayan xeyli insan var. Deyirəm ki, sən fikir eləmə, öz halına şükür elə. Əslində üsyankarlıq eləmir. Ancaq həmişə ağlayır və mən onda depressiya əlamətləri müşahidə edirəm. Deyir ki, bu mənim özümdən asılı deyil. Sizcə daha pis vəziyyətlər ola-ola, xırda-para çətinliklərə görə ağlayıb-sıtqamaq günahdır? Bu hal Allaha ağır gedər?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, biz sizin qızınızın hansı şeylərə görə fikir elədiyini bilmirik və bu məsələni təkcə dini cəhətdən qiymətləndirməyimiz mümkündür. Odur ki, sizə qənaətbəxş bir cavab verməyimiz çox da mümkün deyil. Lakin bilirik ki, cavanlıqda belə hallar baş verir. Bu problemləri onun anası olaraq siz özünüz həll edə bilərsiniz. Bu yaş dövründəki qızlarda istər fizioloji, istərsə də psixoloji dəyişikliklərin baş verməsi onları hansısa bir çətinliyə sala bilər. Bu vəziyyətdə ona ən çox kömək etməli olan şəxs məhz sizsiniz. Elə isə onunla münasib bir dillə danışın, problemlərinin nədən ibarət olduğunu öyrənməyə çalışın və izah edin ki, çətinliklərin öhdəsindən ancaq birlikdə gəlmək olar. Bu mərhələdən sonra bir problem olsa, bizimlə təzədən məsləhətləşə bilərsiniz. Əgər əlimizdən gələn bir şey olsa, imkan daxilində kömək etməyə çalışarıq.

Qızınızın ibadətlərə necə münasibət bəslədiyini bilmirik. Namaz qılır? Və Qurani-Kərimi mənasını qavrayaraq oxuyurmu? Çalışın ki, bu məsələdə bir nöqsana yol verilməsin. Əgər 5 vaxt namazını qılmır və yaxud arada səhlənkarlıq edirsə, bunu ona münasib bir üslubla başa salın. Vəziyyəti onun xətrinə dəymədən izah edin. İbadətlər və və Quran imkan verməz ki, qızınız xəyal aləmində yaşasın. Xüsusilə Quranın mənasını oxuyub öyrənməyi üçün onu başa salın. Beləcə, o tədricən şəxsiyyət kimi formalaşar və düşüncələri də müəyyən mənada dəyişər.

QEYD: Qızınızda hansısa ciddi psixi problemlərin olduğunu düşünürsünüzsə, dərhal həkimə müraciət edin. Biz əvvəl də qeyd etdiyimiz kimi, sadəcə olaraq sizin soruşduğunuz suala cavab veririk. Yəni, bu məsələnin təkcə dini tərəfini izah etməyə çalışırıq.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.116 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Müvəffəq olmağın yolu nədən keçir? Dində bu barədə nə deyilir? 17.04.10 2.455 dəfə oxundu
2 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 23.054 dəfə oxundu
3 Bu zəmanədə Qurana nə cür xidmət etmək olar? 06.02.14 1.761 dəfə oxundu
4 Ayələrə zidd danışan şəxslərə həmişə müdaxilə etmək lazımdır? 18.11.14 1.189 dəfə oxundu
5 Biz bütün danışıqlarımızda“inşallah” deməliyik? 10.11.11 2.974 dəfə oxundu
6 Allah yoxmuş kimi davrananlara münasibətimiz necə olmalıdır? 11.03.16 780 dəfə oxundu
7 14 yaşım var, örtünmək istəyirəm. Nə etməliyəm? 17.09.14 3.128 dəfə oxundu
8 Dediyimiz nəziri hökmən dediyimiz kasıba verməliyik? 10.03.11 2.077 dəfə oxundu
9 Qurana görə tövbəsi qəbul edilməyənlər kimlərdir? 10.02.17 575 dəfə oxundu
10 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 12.453 dəfə oxundu
11 Allah və xilqətlə əlaqədar suallar insanı kafirləşdirir? 11.03.11 2.089 dəfə oxundu
12 Tövrat və İncili oxumaq haramdırmı? 07.07.17 231 dəfə oxundu
13 Altı həftəlik yay kursunda şagirdlərə nə öyrətmək olar? 23.06.10 2.559 dəfə oxundu
14 Ata-ana övladı çağırdığı vaxt hər dəfə yanlarına getməlidir? 12.06.11 2.702 dəfə oxundu
15 Vücudumuza cəfa vermək əcəlimizi qısaldırmı? 10.07.17 210 dəfə oxundu
16 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 3.387 dəfə oxundu
17 Qurandakı xüsusi sözlər üçün hansı mənbələrə baxmaq lazımdır? 17.07.11 2.319 dəfə oxundu
18 Əlimizdəki imkanları, malı necə dəyərləndirəcəyik? 28.07.17 52 dəfə oxundu
19 Qeyri-müsəlmanlarla evlənmək olarmı? 18.04.16 1.089 dəfə oxundu
20 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 7.459 dəfə oxundu
21 Əxlaqımı püxtələşdirmək istəyirəm. Məsləhətiniz nədir? 13.07.10 2.711 dəfə oxundu
22 Dini məsələlərdə vəsvəsədən nə cür xilas olmaq olar? 10.12.11 3.688 dəfə oxundu
23 İnsanda vəsvəsə həmişə davam edə bilər? 14.06.11 3.681 dəfə oxundu
24 Qızımda depressiya var. Nə edim? 22.11.10 3.116 dəfə oxundu
25 Səfər ayına məxsus bir ibadət var? 27.12.11 1.998 dəfə oxundu
26 Mənə elə gəlir ki, Allah mənə kömək etmir. Bu halda nə etməliyəm? 09.03.10 5.436 dəfə oxundu
27 Uşaqlara İslamı necə başa salmaq lazımdır? 02.12.10 2.817 dəfə oxundu
28 Arvadına zülm verəcəyindən qorxan bir nəfər evlənməyə bilər? 03.01.12 2.792 dəfə oxundu
29 Əsgərlikdə namazı necə qılmaq olar? 01.10.11 3.512 dəfə oxundu
30 Ümidsizliyin əlacı nədir? 03.12.10 4.444 dəfə oxundu
31 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 2.062 dəfə oxundu
32 Mənim 40 min manat borcum var və bundan heç cür xilas ola bilmirəm. 11.09.09 4.037 dəfə oxundu
33 Hafizliyi itirməmək üçün nə etmək lazımdır? 11.01.11 2.419 dəfə oxundu
34 Namazı iş yerində oturulu qılmaq olar? 09.01.12 4.032 dəfə oxundu
35 İmanın zəifliyi, namazdan soyumaq və namaz qıla bilməmək 15.01.10 5.233 dəfə oxundu
36 Bəzən sübh namazına dura bilmirəm. Bunu necə həll edim? 29.03.10 14.685 dəfə oxundu
37 Şagird və tələbələr namazlarını cəm edə bilərlər? 12.01.12 3.527 dəfə oxundu
38 Quranda hər şey yazılıb? 15.01.10 3.667 dəfə oxundu
39 Xüşu və xüşulu olmaq nə deməkdir? 04.02.11 4.936 dəfə oxundu
40 Müvəqqəti formada içkili bir yerdə işləmək olar? 25.06.12 2.081 dəfə oxundu
41 Pornoqrafik şəkil və filmlərə baxmamaq üçün nə etməliyəm? 15.01.10 7.207 dəfə oxundu
42 Namazda xüşulu olmaq üçün nə etmək lazımdır? 04.02.11 3.600 dəfə oxundu
43 Süd bankı məsələsinə necə yanaşırsınız? 31.03.13 1.613 dəfə oxundu
44 Quran əleyhinə danışanlarla münasibətimiz necə olmalıdır? 08.02.16 803 dəfə oxundu
45 Atamgil məni pulsuzluğa görə evləndirmirlər. Mən nə edim? 09.02.11 4.172 dəfə oxundu
46 Hazırkı dövrdə Quran və hafizlik nə cür tədris olunmalıdır? 20.05.13 1.445 dəfə oxundu