Hamilə qadın uşağa süd verə bilər?
Müsəlmanlar > Evlilik-ailə həyatı > Fitvalar > Körpəni əmizdirmək-Süd qohumluğu > Xurafat-mövhumat Tarix: 21 Kasım 2010 Tövsiyə et Çap et
Sual: Deyirlər ki, hamilə qadınların uşaq əmizdirməyi düz deyil. Mən özüm hamiləyəm. Yaş yarımlıq bir uşağım da var. İstəyirəm ki, ona süd verim. Deyirlər ki, bu günahdır. Mən də qalmışam mat-məəttəl. Bu məsələnin əsli nədən ibarətdir?

Cavab: Siz öz körpənizə 2 yaşınadək süd verə bilərsiniz. Dində elə bir hökm yoxdur ki, hamilə qadınlara uşaq əmizdirməyi qadağan etsin. Tibbi baxımdan da bir maneə yoxdur. Bunun süd əmən körpəyə və qadının bətnindəki uşağa bir ziyanı yoxdur.

Lakin həkimlər bildirirlər ki, çətin hamiləlik keçirən və vaxtından əvvəl azad olmaq təhlükəsi olan qadınlar uşaq əmizdirmək məsələsində ehtiyatlı olmalıdırlar. Ümumiyyətlə bu kimi məsələləri həkimlərlə müzakirə etmək, onlarla bu barədə məsləhətləşmək lazımdır. Odur ki, siz buna xüsusi diqqət yetirməlisiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
4.755 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Səfər ayında qurulan ailələrin ömrü qısa olur? 12.03.10 2.350 dəfə oxundu
2 Ölünün şəklinə baxmaq ona əzab verir? 12.03.10 2.998 dəfə oxundu
3 Qəbir-nur namazı deyilən bir namaz var? 12.03.10 2.882 dəfə oxundu
4 Hamilə qadın uşağa süd verə bilər? 21.11.10 4.755 dəfə oxundu
5 Hamilə qadın pirə getsə, uşağında xal çıxır? 26.11.10 2.616 dəfə oxundu
6 Qiyamətə yaxın Dəccal adında bir varlıq çıxacaqmı? 15.04.16 885 dəfə oxundu
7 Yasin surəsindəki uğursuzluq nədir? 21.04.14 1.482 dəfə oxundu
8 Oxuyub suya üfürmək, bundan şəfa ummaq olar? 30.05.11 2.127 dəfə oxundu
9 Səfər ayına məxsus bir ibadət var? 27.12.11 1.782 dəfə oxundu
10 Evdə 7 fil oyuncağı saxlamaq bərəkəti artırır? 30.12.11 2.729 dəfə oxundu
11 Hamilə qadın saçını düzəltdirə bilər? 02.11.09 2.586 dəfə oxundu
12 İslam dinində vəfq məsələsinə münasibət 20.03.13 1.407 dəfə oxundu
13 İslam dinində uğursuzluğa necə baxılır? 02.11.09 2.330 dəfə oxundu
14 Kandarda oturmaq günahdır? 12.08.13 1.465 dəfə oxundu
15 Aşurə günü bazarlıq 28.12.09 3.677 dəfə oxundu
16 Ayaqları qibləyə sarı uzatmaq olar? 13.08.13 1.615 dəfə oxundu
17 Əlləri torpaqla ovxalayıb yumaq kasıblığa səbəb olur? 16.05.11 1.864 dəfə oxundu
18 Uğurlu-düşərli geyim elementləri və əşyalar ola bilər? 20.08.13 1.759 dəfə oxundu
19 Körpənin göbəyini nə etmək lazımdır? 19.06.11 3.227 dəfə oxundu
20 Xristianlıqda İsa əleyhissəlamın yanında niyə quzu simvolu var? 29.02.16 645 dəfə oxundu
21 Körpənin qırxının çıxması məsələsi dində necə qiymətləndirilir? 12.03.10 12.993 dəfə oxundu
22 Qəbirstanlıqlarda radiodan Quranın yayınlanması nə dərəcədə doğrudur? 18.11.16 299 dəfə oxundu