Əgər bu formada həyata keçirilən satış sələmdirsə, dini cəhətdən düzgündür.
“Sələmdə pul bəri başdan verilir, mal isə nisyə olur. Yəni, sələm pul nəğd, mal nisyə olmaqla həyata keçirilən satış deməkdir. Burada görülən iş nisyə satışın tamamilə tərsinə baş verir. Malın miqdarını (neçə ədəd, neçə kiloqram, neçə ton və sairə), xüsusiyyətlərini, təhvil yerini və vaxtını müqavilə vaxtı müəyyənləşdirmək lazımdır. Bu, şərtdir. Beləliklə, şərtlərinə müvafiq qaydada bağlanan bir sələm müqaviləsi ilə sonrakı bir vaxtda istehsal olunan mallar indidən satılır və pulu nəğd formada alınır.
İbn Abbas belə rəvayət edir: Peyğəmbər (s. a. v.) Mədinəyə gəldiyi vaxt camaat 2 illik, 3 illik xurma məhsulunu əvvəlcədən satırdılar. Bunu görən peyğəmbər (s. a. v.) dedi:
“Kim bir şeyi əvvəldən satsa, miqdarı, ağırlığı və vaxtı-vədəsi müəyyən olmalıdır”.1
MƏNBƏ: Abdulaziz Bayındır, Ticarət və Faiz, İstanbul, 2007-ci il, səhifə 149.
Etiketlər: alver qaydaları, malı əvvəldən satmaq, meyvə ağacını satmaq, nisyə mal satmaq, pul nəğd mal nisyə, sələm, sələm nə deməkdir, sələm nədir, ticarət və faiz, ticarətin qaydaları