Müselmanlar
Qadınlar evdə etikafa çəkilə bilərlər?

Qadınlar evdə etikafa çəkilə bilərlər?

Sual: Qadınlar evdə nə cür etikafa çəkilə bilərlər? Deyilənə görə etikaf ən azı 3 gün olmalıdır. Bu düzdür? 3 gündən az olmaz? Misal üçün, 1 gün səhərdən axşamadək.

Etikaf haqqında ayə və ya hədislə hər hansı bir gün müəyyən edilməyib. İmam Əbu Yusufun fikrinə əsasən bir etikafın minimal vaxtı 1 gündür. İmam Muhəmməd bunun 1 saat olduğunu bildirir. Fiqh alimlərinin fikrincə 1 saat vaxtın qeyri-müəyyən olan az və ya çox hissəsi deməkdir. Yoxsa 1 günün iyirmi dörddə biri demək deyil. Etikafın minimal müddəti Malikilərin fikrinə əsasən 1 gündüz qədər, 1 gecədir. Şafiilər isə belə deyirlər ki, etikafın vaxtı: “Sübhanallah”, – deməkdən bir an qədər artıq olan çox az bir vaxtdır. Buna görə də bəzi məscidlərin girişində: “Etikafa niyyət etdim”, – demək olan “nəveytu-l-itikafə” cümləsi yazılır. Bu ona görə belə edilir ki, məscidə girənlər bu niyyəti etsinlər və məsciddən çıxana qədər etikaf savabı alsınlar.

Siz niyyətinizi edin və bir otağa çəkilin. Orada çoxlu ibadət edin. Etikaf budur. Amma bunu əsas da Ramazan ayının axırıncı günü etsəniz, lap yaxşı olar.

Bizi izləyin