Müselmanlar
Bir kişi eyni qadınla neçə dəfə evlənə bilər?

Bir kişi eyni qadınla neçə dəfə evlənə bilər?

Sual: Bir kişi eyni qadınla neçə dəfə evlənə bilər? Bunda bir məhdudiyyət var?

Cavab: İslam dininə əsasən boşanma ən çox 3 dəfə həyata keçirilə bilər. Əgər kişi arvadını birinci dəfə boşasa, qadın iddət müddəti başa çatdıqdan sonra ona ərə getmək istəsə, təzə bir kəbin kədirib, evlənə bilərlər. Eyni şeyi ikinci dəfə boşanma üçün də demək mümkündür. Bu zaman əgər qadın iddəti qurtarmadan ərinə qayıtmaq istəsə, boşanma həyata keçmiş heab olunur amma təzədən nikaha ehtiyac qalmır.

Lakin bir kişi arvadını üçüncü dəfə boşasa, onunla təzədən evlənə bilməz. Bunun müstəsna bir qaydası var. Qadın əvvəlcə başqa bir kişi ilə evlənməli və bir müddətdən sonra həmin kişi də onu boşasa, birinci əri o qadınla təzədən evlənə bilər. Əlbəttə, təzə bir kəbin kəsdirmək şərti ilə.

Boşanmaqla əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/bosanmaq

http://www.muselmanlar.com/arasdirmalar/2282.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin