Cavab: Cənabət halı, yəni, cünub olmaq namaz qılmağa maneə təşkil edir. Ona görə də cənabət olan bir şəxs namazı öz vaxtında qıla bilmək üçün yuyunmalıdır. Amma namazın vaxtınadək cənabət halda qala bilər. Bundan artıq gözləməyi, yəni, yuyunmamağı (qüsl almaq) düzgün deyil.
Məsələnin bu cəhəti ilə əlaqədar olaraq aşağıdakı keçiddən ətraflı məlumat ala bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/1405.html
Qüsl etmək namaz üçün şərtdir. Lakin bu qətidir ki, özü haqqında: “Mən müsəlmanam”, – deyən insan mütləq namaz qılmalıdır. Yəni, müsəlmanın namaz qılmamağından söhbət gedə bilməz. Namazı qəzaya da saxlamaq olmaz. Bir namazı öz vaxtında qılmayan insan ömür boyu namaz qılsa da, vaxtında qılmadığı həmin namaz borcunu ödəyə bilməz.
Geniş məlumat üçün aşağıdakı keçidə daxil olun:
Etiketlər: namaz qılmaq üçün qüsl almaq, namaz qılmayan müsəlman, namazı yubatmaq, namazın qəzası var?, qüslü yubatmaq, qəza namazı haqqında