Cavab: Döymə döydürmək1 adətən aşağıdakı kimi həyata keçirilir:
Dərini iynənin ucu ilə cızıb qanadırlar, sonra həmin hissəyə sürtülən boyanı dərinin altına keçirir və bunu elə edirlər ki, o rəng bir də çıxmır. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) bu cür nakolka vurana və vurdurana lənət edib.
Nakolka (vəşm) bədəndə qalıcı iz qoyur. Beləliklə, nakolkanın özü də bədənin bir hissəsinə çevrilir. Nakolka məsələsində bu məqama xüsusilə fikir vermək lazımdır: Nakolka vurdurmaq və vurmaq yuxarıda da qeyd edildiyi kimi, peyğəmbərimiz tərəfindən lənətlənmiş bir şeydir. Başqa sözlə desək, nakolka vurmaq və vurdurmaq dini cəhətdən düzgün deyil, qadağandır. Ancaq nakolkanın özü dəstəmaz və qüslə mane olmur. Çünki o, dərinin üstündə deyil, altında yerləşir və bədənin bir hissəsi halına gəlir.
Xına (henna) bədəndə qalıcı iz qoymur. Yuyulduqca təmizlənir. Amma xına ilə bədənə şəkil çəkdirmək və ya nəsə bir yazı yazdırmaq (oğlanın sevdiyi qızın, yaxud bir musiqiçinin şəklini çəkdirmək, bir komandanın bayrağını əks etdirmək və yaxud siyasi bir mövqeyi ifadə etmək məqsədilə müxtəlif şüar və yazılar yazdırmaq kimi) da estetik və başqa cür görünmək məqsədi güdən bir hərəkətdir. Nəzərə almaq lazımdır ki, bu cür şeylər gözəl görünmək məqsədi daşıyır; eyni zamanda da insanın yaradıldığı forma və surəti dəyişdirməyə xidmət edir. Bu isə yolverilməzdir.
Nakolka vurdurmağı qadağan edən hədis belədir:
“Peyğəmbər faiz yeyəni (alanı), yedirdəni (verəni), ona şahidlik edənləri, onu yazıb qeyd edəni, döymə döyəni, qəşəngləşmək üçün döymə döydürəni, sədəqəyə mane olanı, xullə2 edəni və xullə etdirmək istəyəni lənətlədi”.3
QEYD: Bəzən deyirlər ki, müasir texnologiya sayəsində insanın bədəninə zərər vurmadan, xəsarət yetirmədən, hətta tamamilə ağrısız-acısız, gigiyena şərtlərinə rəayət etməklə nakolka vurmaq mümkündür. Düzdür, bu praktiki olaraq mümkündür. Biz də bilirik ki, bəzi ölkələrdə nakolka işi ilə məşğul olanlara lisenziya verilir, vergi tələb olunur. Onların qarşısında əgər təhlükəli bir hal baş verərsə, müştərilərə ilk tibbi yardım etmək üçün lazımi tibbi avadanlıqları həmişə hazır saxlamaq şərti də kəsilir. Qısa desək, bu iş ayrı bir xidmət sektoruna çevrilib.
Bütün bunlara baxmayaraq İslam dinində nakolka vurmaq və vurdurmağa pis baxılır, bu qəti surətdə qadağandır. Bu barədə nəss var, yəni, peyğəmbər hədisi var. Bir sözlə, nakolka caiz deyil.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: bədənə nakolka vurdurmaq, bədənə şəkil çəkdirmək, döymə döydürmək, gözəl görünməyə çalışmaq, henna, islamda nakolka, nakolka, nakolka caizdir?, nakolka ilə dəstəmaz almaq, nakolka ilə qüsl etmək, nakolka vurdurmaq, nakolka vurmaq, nakolkanın hökmü, tatu, tatuaj, tatuirovka, xına ilə nakolka, xullə