Müsəlmanlar
Brilyant dəstindən zəkat vermək lazımdır?

Brilyant dəstindən zəkat vermək lazımdır?

Sual: Mənim brilyantdan hazırlanmış bir dəst zinət əşyam var. Bu əşyaların zəkatını verməliyəm? Əgər verməliyəmsə, necə hesablamalıyam? Əlavə olaraq, 850 qram qızılım da var. Amma zəkat miqdarını hesablaya bilmirəm. Xahiş edirəm, mənə bu məsələdə kömək edin.

Cavab: Qızıl və gümüşdən başqa hansı maddədən olursa olsun, heç bir zinət əşyasının zəkatı olmur. Başqa sözlə desək, onların hesablanmağı lazım deyil.

850 qram qızılın zəkatını isə bu cür hesablamaq lazımdır: Əgər heç bir borcunuz yoxdursa, həmin qızılların 2,5 %-ini hesablayıb zəkatını verməlisiniz (850 x 2,5 = 2125 : 100 = 21,25 qram).

Bunun zəkatını həm qızıl formasında, həm də onun qiyməti qədər pul formasında verə bilərsiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.