Müselmanlar
Kımız içmək olar?

Kımız içmək olar?

Sual: İslam dinində kımız içməyə icazə verilir?

Cavab: Allah Təala belə buyurur:

“Ey iman gətirənlər! Xamr, qumar, dikilmiş daşlar və fal oxları şeytan əməli olan murdarlıqlardır. Onlardan uzaq durun ki, arzu etdiklərinizə qovuşasınız.

Şeytanın istədiyi yeganə şey xamr və qumar vasitəsilə sizin aranıza düşmənçilik və kin-küdurət salmaqdır. O, bir də Allahın zikri olan Qurandan və namazdan sizi uzaqlaşdırmaq istəyir. Artıq bundan üz döndərərsiniz, deyilmi?”. ((Maidə, 5/90-91.))

Ayədəki xamr sözü insanın ağlını əlindən alan şey mənasında işlədilib. Yeyildiyi vaxt, içildiyi və istifadə edildiyi vaxt insanın beynini uyuşdurub ağlını pərdələyən, yəni, onu sərxoş edən hər bir şey xamr kateqoriyasına daxildir.

Peyğəmbərimiz Muhəmməd (s. a. v.) də insana sərxoşluq verən hər bir şeyin xamr olduğunu, eləcə də hər bir xamrın haram olduğunu bildirib. ((Baxın: Müslim, Əşribə, 73; Əbu Davud, Əşribə, 5; Tirmizi, Əşribə, 1.))

Əgər kımız da içildiyi vaxt insanı sərxoş edirsə, xamrdır. Yəni, onu içmək haramdır.

Əlavə olaraq, ayədə: “Onlardan uzaq durun” , – əmri var. Buna görə də sərxoşluq verən şeyləri alıb satmaq da caiz deyil. Çünki uzaq durmaq ancaq və ancaq araya müəyyən bir məsafə qoymaqla olur. Bu səbəbdən peyğəmbərimiz (s. a. v.) xamr ilə əlaqədar olaraq 10 nəfərə lənət edib:

“Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana”. ((Tirmizi, Büyu, 59; Əbu Davud, Əşribə, 2.))

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin