Cavab: Allah Təala Quranda bildirir ki, günəş, ay, gecə, gündüz və hətta göylərdə və yerdə nə varsa, hamısını insanın sərəncamına verib.1
Heyvanlar da buna daxildir. Lakin insan ona halal olan hər şeyi yeməyə bilər, eləcə də, içməyə bilər. Yəni, hər şeyi ürəyi istəməyə bilər. Necə ki, peyğəmbərimiz Muhəmməd (s. a. v.) də halal olduğu halda, bəzi qida məhsullarını xoşlamadığı üçün yeməyib. Bu barədə səhih (mötəbər) rəvayətlərdə məlumat var.
Vegetarianlara da bu çərçivədə yanaşmaq olar. Lakin: “Bu ki, vəhşilikdir! Bu, cinayətdir, belə bir vəhşilik ola bilməz!”, – kimi sözlərin İslamla üst-üstə düşməyi qətiyyən mümkün deyil!
Amma yenə də bu kimi sözləri deyən insanlara dərhal “kafir” damğası vurmaq, necə deyərlər, onları küfrlə ittiham etmək düz deyil. Onlara hər şeydən əvvəl həqiqətləri başa salmaq və bunları Allahın ayələri ilə izah etmək lazımdır. Belə etmədən dərhal onların əleyhlərində hökm vermək bir müsəlmana yaraşmaz.
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: hər şey insanın ixtiyarına verilib, islamın vegetarianizmə baxışı, ticarət, vegetarian, vegetarianların növləri, vegetarianlıq və heyvan sevgisi, ət yemək, ət yeməmək