Cavab: Xaşxaş bir bitkidir. İnsanın sağlamlığına zərər vermədikcə halaldır.
Haram olan isə xaşxaşdan hazırlanan və tiryək adlandırılan narkotik maddədir. Qısa desək, xaşxaşdan hazırlanan narkotik maddələri qəbul etmək, eləcə də bu bitkini narkotik maddə hazırlamaq məqsədilə əkib yetişdirmək dini baxımdan da qadağandır.
Xaşxaş özü isə birbaşa, yəni, özlüyündə narkotik deyil. Narkotik maddə xaşxaş qozasından müəyyən bir prosesdən sonra düzəldilir. Eynilə halal olan üzümdən haram olan çaxırın hazırlandığı kimi.
Nəticə olaraq deyə bilərik ki, evlərdə və şirniyyat sexlərində hazırlanan un məmulatlarında xaşxaşdan istifadə etməyin və bu məmulatları yeməyin bir eybi yoxdur.
Yeri gəlmişkən, İslam dininin narkotik maddələrə münasibəti barədə buradan oxuya bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/1229.html
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: çörəyin üstünə xaşxaş vurmaq, həşiş, narkotik bitkilər, tiryək, xaşxaş, xaşxaş haramdır?, xaşxaşlı çörək, xımı, xörəyə xaşxaş vurmaq, xəşxəş