Vicdan nə deməkdir?
Müsəlmanlar > Fitvalar > Müxtəlif məsələlər Tarix: 26 iyun 2010 Tövsiyə et Çap et
Sual: Vicdanın mənası nədir? İslam dininə əsasən vicdana nə cür tərif vermək olar?

Cavab: Vicdan hər bir insana gözəl davranışı və düşüncəni deyən, sağlam mühakimə yürütməyinə kömək edən, səhvlə düzü bir-birindən ayıran mənəvi xüsusiyyətdir.

Vicdanın mühüm xüsusiyyətlərindən biri də odur ki, o bütün insanlar arasında müştərəkdir. Yəni bir insanın vicdanına görə doğru olan şey- şərtlər dəyişmədiyi müddətcə- digər insanların vicdanları üçün də doğrudur. Vicdanlar eyni bir mövzu üzərində heç vaxt ziddiyyətdə olmazlar. Bunun səbəbi isə vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. Allah hər bir insana onun vicdanı vasitəsi ilə özünün məmnun olacağı ən doğru və ən gözəl davranışları bildirməkdədir.

Vicdanın Allahın ilhamı olduğunu Quranın Şəms surəsi belə açıqlayır:

«And olsun nəfsə və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!». (Şəms, 7-9)

Yuxarıdakı ayədə Allah nəfsin fücurunu (günaha və üsyana girişmək, fasiq olmaq, yalan danışmaq, qiyam, haqdan üz çevirmək, nizam-intizamı pozmaq, əxlaqi çürümüşlük, təqvanın ziddi, terror hadisələri törədərək insanların qətli) və eyni zamanda ondan qorunmağı ilham etdiyini bildirməkdədir. Bax, insanı pis əməllərdən uzaq tutan və doğru olanı bildirən vicdandır.

Vicdanın digər bir xüsusiyyəti də insanın bilavasitə doğru olan şeyi tapmasına kömək etməsidir. Başqalarının köməyinə ehtiyac duymadan vicdan insana doğru yolu göstərəcəkdir, mühüm olan insanın vicdanına müraciət etməsi, ona qulaq asması və onun dediklərini etməsidir. Bu səbəblə deyə bilərik ki, vicdan dinin əsas amillərindən biridir.

Hər şeydən əvvəl bunu unutmamaq lazımdır ki, hər bir insan şüur sahibi olduğu andan etibarən Allahın ona ilham etdiyi vicdanın dediklərindən məsuliyyət daşıyır. Ətrafda baş verən hadisələri dərk etməyə başlayan, mühakimə qabiliyyəti qazanmış hər bir insan o andan etibarən vicdanının səsinə qulaq verməli, nəfsin istəkləri ilə vicdanın səsini bir-birindən ayıra biləcək bacarığa sahib olmalı və vicdanla hərəkət edəcək iradəyə sahib olmalıdır. Artıq bundan sonra rastlaşdığı hadısə­lərə münasibətinə görə haqq-hasab günü məsuliyyət daşıya­caqdır. Vicdanının səsinə qulaq verərək hərəkət edibsə, Allahın cənnətinə layiq görüləcək, nəfsinin istəklərinə baş əyibsə, “qapıları bağlanmış“ sonsuz bir əzab alovu ilə qarşılanacaqdır.1

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Mənbə: Yaşar Qurbanov, “İslam Dini Terrorun Əleyhinədir”, Bakı, 2006-cı il, s. 23-24. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İnsan ağlına gələn və ürəyindən keçən pis şeylərə görə cavabdeh olacaq? 03.03.10 929 dəfə oxundu
2 İnsanlar sadəcə olaraq öz gücləri çatan şeyləri yerinə yetirməlidirlər? 04.08.09 315 dəfə oxundu
3 Mən boynuma üstündə xaç işarəsi olan medalyon taxa bilərəm? 04.08.09 359 dəfə oxundu
4 Müaviyə barədə qısa sual-cavab 04.08.09 657 dəfə oxundu
5 Uşaqları böyüklərin yanında öpüb oynatmaq böyüklərə qarşı hörmətsizlikdir? 07.08.09 372 dəfə oxundu
6 Xristian dünyasının dünya iqtisadiyyatına hansısa bir xidməti olub? 18.12.09 664 dəfə oxundu
7 İnsan nə isə yarada bilər? 28.12.09 654 dəfə oxundu
8 Donuz tükündən düzəldilən fırçaları işlətmək olar? 26.01.10 347 dəfə oxundu
9 Bizə kiminsə eyibləri deyildikdə nə cür rəftar etməliyik? 10.04.11 233 dəfə oxundu
10 Əlimdəki haram pulu ehtiyacı olan bir nəfərə verə bilərəm? 03.04.10 390 dəfə oxundu
11 Müvəffəq olmağın yolu nədən keçir? Dində bu barədə nə deyilir? 17.04.10 472 dəfə oxundu
12 Təvəkkül etmək 26.04.10 366 dəfə oxundu
13 Dənizdən tapılan şeyləri mənimsəmək halaldır? 02.05.10 300 dəfə oxundu
14 Sabi nə deməkdir? Quranda sabilik barədə məlumat var? 21.05.10 364 dəfə oxundu
15 Dində çatla məşğul olmağa necə baxılır? 25.05.10 432 dəfə oxundu
16 Şeytan həmişə oyaq və fəal olur? 04.06.10 363 dəfə oxundu
17 Vicdan nə deməkdir? 26.06.10 410 dəfə oxundu
18 Qan qardaşlığı və hökmü 01.12.10 303 dəfə oxundu
19 Müsəlmanın müsəlmanla zarafatı 01.12.10 303 dəfə oxundu
20 Övlad itirmək və ağlamaq 24.12.10 288 dəfə oxundu
21 Siz hansı məzhəbə qulluq edirsiniz? 09.02.11 440 dəfə oxundu
22 Qonşudan icazə almamış internetə qoşulmaq olar? 21.02.11 270 dəfə oxundu
23 Camaatı dindən soyutmamaq üçün bəzi şeyləri deməsəniz, olmaz? 24.02.11 230 dəfə oxundu
24 18 min aləm söhbəti düzdür? 17.03.11 495 dəfə oxundu
25 Məsciddə “Ya həzrəti Bilal Həbəşi” lövhəsi asmaq olar? 05.04.11 230 dəfə oxundu
26 Şumer kitabələri və dinlərə münasibət məsələsi 10.05.11 242 dəfə oxundu
27 Qütblərdə apardığınız müşahidələri başqaları özlərinə götürürlər? 19.05.11 222 dəfə oxundu
28 Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir? 05.07.11 330 dəfə oxundu
29 İnsan ürəyindən keçirdiyi hər şeyə görə cavabdehdir? 14.09.11 242 dəfə oxundu
30 Quran yüklənən mobil telefonu cibdə daşımaq günahdır? 24.01.12 139 dəfə oxundu
31 Allah yazısı olan medalyonla ayaqyoluna girmək olar? 24.01.12 142 dəfə oxundu
32 Səhabələrin haqqında “radıyəllahu anh” deməyin hökmü 26.01.12 108 dəfə oxundu
33 İslama əsasən surroqat analıq 03.02.12 67 dəfə oxundu
34 Dini məsələlərdə bir alimə tabe olmaq səhvdir? 09.02.12 36 dəfə oxundu