Cavab: Tövratın Yaradılış (41/51) fəslində qeyd edilir ki, “yaddan çıxartdıran, unutduran” mənasını verən Manasse (yəhudilərin fikrincə Menaşe olmalıdır) Yusuf peyğəmbərin qızının deyil, əksinə, Asenat adlı arvadından dünyaya gələn oğlunun adıdır.
Unutmayın ki, bizim adət-ənənələrimizdə belə bir ad yoxdur. Başqa sözlə desək, bizdə uşaqlara belə adlar qoyulmur. Həm də uşağınız adının ucbatından gələcəkdə çətinlik çəkib, narahat ola bilər. Ona görə də qızınıza mənası milli adət-ənənələrimizə, eləcə də dinimizə uyğun gələn münasib adlardan birini qoymağınızı tövsiyə edirik.
Etiketlər: ad qoymaq qaydaları, həzrəti yusifin ailəsi, həzrəti yusufun asenat adlı xanımı, körpəyə ad qoymaq, menaşe, menasse, uşağa münasib bir ad qoymaq, xalqımızın adqoyma qaydaları, xarici adlar, yusuf peyğəmbərin qızı, əcnəbi adlar