Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar?
Müsəlmanlar > Fitvalar > Qüsl > Tövsiyə-məsləhət Tarix: 23 iyun 2010 Tövsiyə et Çap et
Sual: Biz indi yaşadığımız evə təzə köçmüşük. İsti su sarıdan çətinliyimiz var. Həm də mənə soyuq dəyib. Qrip olmuşam. Ona görə də soyuq su ilə yuyunub, dəstəmaz ala bilmirəm. Təbii ki, qüsl də verə bilmirəm. Bunun üçün namazlarımı necə qılacağımı bilmirəm. Bu məsələnin başqa bir həlli var?

Cavab: Qüsl etmək üçün əlbəttə ki, bir miqdar isti və ya ilıq su lazımdır. Xüsusilə də qış aylarında. Amma isti su hazırlamaq üçün evdə kombi, termostatlı qızdırıcı və elektrik və yaxud təbii qazla işləyən və camaat arasında “5 dəqiqəlik” deyilən cihazların mütləq olmağı lazım deyil. Bu cihazlardan birinin olmağı isti su probleminin olmamağı deməkdir. Burada isə söhbət sizin təzə köçdüyünüz evdəki müvəqqəti çətinlikdən gedir. Sualınızdan məlum olur ki, bu cihazlardan heç biri hələ ki, sizdə yoxdur. Odur ki, bir qaba bir qədər su töküb, ocağın üstündə və ya spirallı qızdırıcı ilə qızdırdıqdan sonra soyuq su ilə qarışdırıb, qüsl verə bilərsiniz. İmkanları düzgün qiymətləndirmək lazımdır. Bunları nəzərə almadan dərhal: “Qüsl etmək üçün şəraitim yoxdur, mən bu halda nə edim?”,­ – demək düzgün deyil.

Unutmayın ki, bu dəqiqə kombisi, qızdırıcısı və digər belə cihazları olmayan bir çox yer var. Hətta nə qədər təəssüfləndirici olsa da, elə yerlər var ki, insanlar bu cihazların nə olduğunu bilmirlər. Amma oralarda yaşayan insanlar, o cümlədən müsəlman insanlar da sizə yuxarıda məsləhət gördüyümüz qaydada yuyunurlar.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İnsanda vəsvəsə həmişə davam edə bilər? 14.06.11 405 dəfə oxundu
2 Mənə elə gəlir ki, Allah mənə kömək etmir. Bu halda nə etməliyəm? 09.03.10 575 dəfə oxundu
3 Əsgərlikdə namazı necə qılmaq olar? 01.10.11 299 dəfə oxundu
4 Mənim 40 min manat borcum var və bundan heç cür xilas ola bilmirəm. 11.09.09 694 dəfə oxundu
5 İmanın zəifliyi, namazdan soyumaq və namaz qıla bilməmək 15.01.10 756 dəfə oxundu
6 Quranda hər şey yazılıb? 15.01.10 548 dəfə oxundu
7 Pornoqrafik şəkil və filmlərə baxmamaq üçün nə etməliyəm? 15.01.10 808 dəfə oxundu
8 Müvəffəq olmağın yolu nədən keçir? Dində bu barədə nə deyilir? 17.04.10 472 dəfə oxundu
9 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 580 dəfə oxundu
10 Altı həftəlik yay kursunda şagirdlərə nə öyrətmək olar? 23.06.10 477 dəfə oxundu
11 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 441 dəfə oxundu
12 Əxlaqımı püxtələşdirmək istəyirəm. Məsləhətiniz nədir? 13.07.10 408 dəfə oxundu
13 Qızımda depressiya var. Nə edim? 22.11.10 364 dəfə oxundu
14 Uşaqlara İslamı necə başa salmaq lazımdır? 02.12.10 347 dəfə oxundu
15 Ümidsizliyin əlacı nədir? 03.12.10 497 dəfə oxundu
16 Hafizliyi itirməmək üçün nə etmək lazımdır? 11.01.11 464 dəfə oxundu
17 Bəzən sübh namazına dura bilmirəm. Bunu necə həll edim? 29.03.10 953 dəfə oxundu
18 Xüşu və xüşulu olmaq nə deməkdir? 04.02.11 529 dəfə oxundu
19 Namazda xüşulu olmaq üçün nə etmək lazımdır? 04.02.11 404 dəfə oxundu
20 Atamgil məni pulsuzluğa görə evləndirmirlər. Mən nə edim? 09.02.11 485 dəfə oxundu
21 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 1.054 dəfə oxundu
22 Biz bütün danışıqlarımızda“inşallah” deməliyik? 10.11.11 176 dəfə oxundu
23 Dediyimiz nəziri hökmən dediyimiz kasıba verməliyik? 10.03.11 255 dəfə oxundu
24 Allah və xilqətlə əlaqədar suallar insanı kafirləşdirir? 11.03.11 292 dəfə oxundu
25 Ata-ana övladı çağırdığı vaxt hər dəfə yanlarına getməlidir? 12.06.11 257 dəfə oxundu
26 Qurandakı xüsusi sözlər üçün hansı mənbələrə baxmaq lazımdır? 17.07.11 241 dəfə oxundu
27 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 199 dəfə oxundu
28 Dini məsələlərdə vəsvəsədən nə cür xilas olmaq olar? 10.12.11 188 dəfə oxundu
29 Səfər ayına məxsus bir ibadət var? 27.12.11 110 dəfə oxundu
30 Arvadına zülm verəcəyindən qorxan bir nəfər evlənməyə bilər? 03.01.12 153 dəfə oxundu
31 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 99 dəfə oxundu
32 Namazı iş yerində oturulu qılmaq olar? 09.01.12 162 dəfə oxundu
33 Şagird və tələbələr namazlarını cəm edə bilərlər? 12.01.12 153 dəfə oxundu