Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdırıblar?
Müsəlmanlar > Fitvalar > Katolik xristianlar > Qeyri-müsəlmanlar Tarix: 20 iyun 2010 Tövsiyə et Çap et
Sual: Quranın Maidə surəsinin 116-cı ayəsində deyilir ki, həzrəti Məryəm də “tanrılaşdırılıb”. Mən belə hesab edirəm ki, xaçpərəstlər ancaq İsa peyğəmbərə ibadət edirlər. Bəs həzrəti Məryəmi tanrı yerinə qoyanlar kimdir?

Cavab: Xristianlar 431-ci ildə III Ekumenik Efes konseyində belə bir qərar qəbul etdilər:

“İsa öz şəxsiyyətini ağıllı ruhla canlandırılan bir bədənlə birləşdirib, insan olmuşdur. Məryəm ana isə həqiqi mənada tanrının anasıdır”.1

Elə isə məlum olur ki, tanrının anası da (tövbə, əstağfirullah!) tanrıdır!

Katolik xristianlar belə hesab edirlər ki, “Onun analığı qurtarmayıb. Təzələnən vasitəçiliyi ilə əbədi əmin-amanlıqlar təmin edən hədiyyələri mühafizə etməyə davam edir. Məryəm Anaya kilsədə vəkil, köməkçi, köməyə çatan, vasitəçilik edən deyirlər”.2

Onlar belə deməklə Məryəm Ananı ilahlaşdıraraq tanrı yerinə qoyurlar. Allah Təala bir gün belə deyəcək:

“Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “İsa belə deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!

“Onların arasında olduğum müddət ərzində onlara şahid olan mən idim. Sən məni vəfat etdirəndən [canımı alandan] sonra onların üzərində nəzarətçi sən özün oldun. Ancaq sən hər şeyə şahidsən!”.3

QEYD: Katolik xristianların vasitəçilik inancı, müqəddəs ruh və tanrı anlayışı, eləcə də kilsədəki iyerarxiya və ruhanilər kimi məsələlərlə əlaqədar geniş məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/kitablar/80.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Katolik kilsəsinin din və əxlaq prinsipləri, tərcümə edən Dominik Pamir, İstanbul, 2000, başlıq 467. []
  2. Xristianların inanclarına görə, Məryəm Ananın analığı hələ başa çatmayıb. Həmişə təkrar edilən vasitəçiliyi ilə onların əbədi xoşbəxtliyinə zəmanət verir. Xristianlar bu səbəbə görə kilsədə Məryəm Anavəkil, köməkçi, imdada yetişən, vasitəçilik edən adlandırırlar. Eyni mənbə, başlıq 969. []
  3. Maidə, 5/116-117. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Xristianlar məsciddə mərasim keçirə bilərlər? 15.06.11 225 dəfə oxundu
2 Qeyri-müsəlmanlar 29.06.09 415 dəfə oxundu
3 Bəzək üçün xaç taxmaq olar? 29.06.09 445 dəfə oxundu
4 Qeyri-müsəlmanların xeyirli əməlləri nə olacaq? 11.04.11 198 dəfə oxundu
5 Müsəlman olmayanı tərifləmək olar? 13.02.10 354 dəfə oxundu
6 Quran təbliğ olunmayan bir insan Allah dərgahında cavabdehdir? 05.04.10 394 dəfə oxundu
7 Peyğəmbər yəhudilərlə al-ver edib? 19.12.09 466 dəfə oxundu
8 Yəhudi və xristianlarla əməkdaşlıq etmək olar? 13.04.10 403 dəfə oxundu
9 Müsəlman olmayanlara rəhmət oxumaq olar? 02.05.10 372 dəfə oxundu
10 Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdırıblar? 20.06.10 550 dəfə oxundu
11 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 770 dəfə oxundu
12 İslam əhli olmayanlara bəxşiş vermək olar? 22.06.10 327 dəfə oxundu
13 Müsəlman olmaq istəyən yəhudi əvvəl xristian olmalıdır? 11.12.10 333 dəfə oxundu
14 Tövrat təhrif edilib, yoxsa yox? 23.11.10 449 dəfə oxundu
15 Müsəlman olmayanın haqqını yemək 20.12.10 404 dəfə oxundu
16 İslam düşmənlərini öldürmək olar? 27.12.10 365 dəfə oxundu
17 Sabi nə deməkdir? Quranda sabilik barədə məlumat var? 21.05.10 364 dəfə oxundu
18 Bəni İsrail deyildiyi vaxt kimlər nəzərdə tutulur? 24.02.11 259 dəfə oxundu
19 Başsağlığı vermək üçün kilsədəki cənazə mərasiminə getmək olar? 02.04.11 277 dəfə oxundu
20 Bəşəriyyət üçün yaxşı işlər görən qeyri-müsəlmanlara rəhmət oxumaq olar? 11.04.11 212 dəfə oxundu
21 Yəhudilər anadangəlmə lənətləniblər? 20.04.11 283 dəfə oxundu
22 Müsəlmanlar Quranın yandırılmasına nə cür reaksiya verməlidirlər? 28.04.11 223 dəfə oxundu
23 Təqva nədir? Qeyri-müsəlman təqvalı ola bilər? 07.03.11 317 dəfə oxundu
24 Müsəlman olmayanlara zəkat vermək olar? 14.07.09 325 dəfə oxundu
25 Həvarilər 29.06.11 167 dəfə oxundu
26 İnanmadığı halda yaxşılıq edən insan buna görə savab qazanır? 25.10.11 123 dəfə oxundu
27 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 292 dəfə oxundu
28 Müsəlman olmayan bir həkim müsəlman uşaqları sünnət edə bilər? 08.12.11 183 dəfə oxundu