Üzüqoylu yatmaq
Müsəlmanlar > Fitvalar > Hədis > Yuxu Tarix: 19 Haziran 2010 Tövsiyə et Çap et
Sual: Ağzı üstə yatmaq olar? Dini cəhətdən düzgündür?

Cavab: Yatmaq və yatmağın ədəb-ərkanı ilə əlaqədar olaraq peyğəmbərdən (s. a. v.) xeyli hədis nəql olunub. Həmin hədisləri tədqiq etdikdə məlum olur ki, peyğəmbər sağ böyrü üstündə yatıb və əshabələrinə xəbərdarlıq edib ki, üzüqoylu yatmasınlar. Hədislərin bəziləri aşağıdakı kimidir:Bəra ibn Azib (r. a.) belə rəvayət edir:

Bəra ibn Azib (r. a.) nəql edir:

Rəsulullah (s. a. v.) yerinə girib uzandığı vaxt sağ böyrünün üstünə çevrilir və belə dua edirdi: “Ey Allahım! Özümü Sənə təslim etdim. Üzümü Sənə tutdum. İşimi Sənə tapşırdım (həvalə etdim). Sənin rizanı umub, əzabından da qorxaraq kürəyimi Sənə söykədim, Sənə pənah gətirdim. Sənə qarşı Səndən başqa sığınacaq yoxdur! Endirdiyin kitaba və göndərdiyin peyğəmbərə inandım“.1

Peyğəmbər (s. a. v.) mənə belə dedi: “Yatağına girdiyin vaxt namaz üçün dəstəmaz aldğın kimi dəstəmaz al, sonra sağ böyrünün üstünə uzan, bu duanı oxu,2 və bu duanın sözləri yatmamışdan qabaq sənin axırıncı sözlərin olsun”.3

Yaiş ibn Tihfə Əl-Ğifari (r. a.): “Atam mənə belə dedi”, – deyib, aşağıdakı hədisi nəql etmişdir:

Bir dəfə mən məsciddə üzüqoylu yatmışdım. Bir də gördüm ki, bir adam məni ayağı ilə dürtmələyir və belə deyir:

“Bu, Allahın qəzəbinə səbəb olan bir yatmaq formasıdır”.

Bir də gördüm ki, bunu mənə deyən adam peyğəmbərdir!4

Alimlər bu və bu kimi hədislərə əsasən deyirlər ki, sağ tərəfə yatmaq sünnə (müstəhəb), sol böyrü üstündə və yaxud arxası üstə yatmaq caiz, lakin ağzı üstə yatmaq məkruhdur. Bəzi rəvayətlərin üslubu sanki: “Nəyə görə o cür yatmaq olmaz ki?!”, – sualına qabaqcadan cavab verir.

Bu cür hədisləri əsas götürən İslam alimləri üz, qarın və sinəni yerə qoyub yatmağın qadağan olduğunu və peyğəmbərin sünnəsinə uyğun gəlmədiyini bildirirlər. Üz və sinə insanın iki ən qiymətli üzvüdür. Allaha edilən səcdə halından başqa bir halda onları yerə qoymaq və üstünə yüklənmək yaxşı bir hərəkət kimi qəbul oluna bilməz. Yəni, bu cür yatmaq insanın mədə və ürək kimi orqanlarına da ziyandır. Bir rəvayətdə belə yatmaq “Cəhənnəm əhlinin yatmaq növü” kimi təsvir edilib. Nəticə etibarilə peyğəmbərimizin məsləhət bilmədiyi bu yatmaq tərzindən uzaq durmaq lazımdır. Başqa sözlə, üzüqoylu, sinəsi üstə, ağzı üstə kimi vəziyyətlərdə yatmamaq lazımdır.

Əlavə olaraq qeyd edilməlidir ki, sağ böyrü üstündə yatmaq sağlamlıq baxımından da faydalıdır. İnsanın ürək və mədəsi sol tərəfdədir. Hər iki orqanımız da sağlamlığımızın əsas elementlərini təşkil edir. Onların sıxışdırılması sağlamlığa zərər verir. Buna görə həkimlər də sinəsi üstə və qarnı üstündə yatmamağı məsləhət görürlər”.5

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Buxari, Dəavat, 5. Əlavə olaraq baxın: Buxari, Vüdu (dəstəmaz), 75; Müslim, Zikr, 56-58; Əbu Davud, Ədəb, 98. []
  2. Yuxarıdakı dua nəzərdə tutulur. []
  3. Buxari, Vüdu (dəstəmaz), 75; Müslim, Zikr, 56. []
  4. Əbu Davud, Ədəb, 95; Tirmizi, Ədəb, 21. []
  5. M. Yaşar Kandemir, İ. Lütfi Çakan, Raşit Küçük, Riyazu-s-Salihin tərcüməsi və şərhi, 4-cü cild, 8116 və 819 nömrəli hədislər. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
8.762 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbər əleyhissəlamı yuxuda görməyin mənası nədir? 14.10.14 2.855 dəfə oxundu
2 Yuxulara etibar edib həyatımızı istiqamətləndirə bilərik? 28.10.13 3.167 dəfə oxundu
3 Yuxunun hökmü nədir? 15.06.10 11.527 dəfə oxundu
4 Yuxu və yuxu yozumu 15.07.09 115.084 dəfə oxundu
5 Kabus və qarabasma nədir? 15.07.09 18.179 dəfə oxundu
6 Yuxuda elm və dəqiq məlumat öyrənmək mümkündür? 19.04.11 3.658 dəfə oxundu
7 Yuxuya əsasən əməl etmək lazımdır? 29.04.11 3.856 dəfə oxundu
8 Cinlər və pis yuxu görmək 29.06.09 8.975 dəfə oxundu
9 Üzüqoylu yatmaq 19.06.10 8.762 dəfə oxundu
10 Yuxu insana ziyan vura bilər? 28.11.10 4.680 dəfə oxundu
11 Əsrlə şam arasında yatmaq təhlükəlidir? 24.01.11 5.247 dəfə oxundu