Müsəlmanlar
Namazda axırıncı qə’dədən sonra 5-cü rükətə duran şəxs səhv səcdəsi etməlidir?

Namazda axırıncı qə’dədən sonra 5-cü rükətə duran şəxs səhv səcdəsi etməlidir?

Sual: Bir nəfər namaz qılırdı. Axırıncı oturuşda salam verib namazı qurtaracaqdı. Birdən: “Allahu Əkbər”, - deyib, dizlərini qaldırdı. Lakin dərhal başa düşdü ki, oturmalıdır. Oturub, salam verdi. Belə olan halda, həmin şəxs səhv səcdəsini də yerinə yetirməlidir?

Cavab: Əgər sizin dediyiniz şəxs qə’dəyə yaxındırsa, oturmalıdır. Səhv səcdəsi etməyinə ehtiyac yoxdur. Amma qiyama (namazda ayaq üstündə dayanmaq) yaxın vəziyyətdədirsə və yaxud qiyama durubsa, o halda geri qayıdıb, səhv səcdəsini yerinə yetirməli və namazını başa vurmalıdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.