Peyğəmbər (s. a. v.) münafiqlərə necə münasibət bəsləyib?
Müsəlmanlar > Fitvalar > Muhəmməd peyğəmbər Tarix: 16 iyun 2010 Tövsiyə et Çap et
Sual: Quranın Münafiqun surəsində münafiqlər haqqında danışılır. Bu ayələri necə başa düşmək lazımdır? Bir sözlə, peyğəmbərin dövründə münafiqlərə qarşı hansı tədbirlər görülüb?

Cavab: Din ana imtahan sahəsidir. İnsan hər hansı bir dini qəbul və ya rədd edə bilər. Yalan bir din seçərsə axırına çatar. Doğrunu seçmək üçün də çalışması lazımdır. Bu cür hallar cəza hüququ sahəsinə girməz. Bunun yaradacağı sıxıntılara qatlanmaq gərək olar. Allah Təala belə buyurur:

«Mallarınız və canlarınız barəsində böyük bir imtahandan keçiriləcəksiniz; bir də sizdən öncə Kitab verilənlərdən və müşriklərdən çox söz eşidəcəksiniz, bunlardan qaçmaq olmaz. Əgər səbr edər, qorunarsanız, bax, bu qərarlıq lazım edən işlərdəndir.» (Ali-İmran, 186)

Üzücü söz və həqarət qırmızı cizgilərdən olmadığı üçün belələrinə qarşı səbrli, tədbirli və qərarlı olmaqdan başqa bir yol göstərilməmişdir. Peyğəmbərimiz (ə) əvvəlcə müsəlman olan, sonra dindən dönən və problem qaynağı olan ikiüzlülərdən çox çəkmiş, amma onları cəzalandırmamışdır. Münafiqun surəsi bu baxımdan önəmlidir. Uca Allah buyurur:

«O münafiqlər yanına gəldikləri zaman: «Biz şahidik ki, sən həqəiqətən Allahın Elçisisən» dedilər. Allah bilir ki, sən əlbəttə, Onun Elçisisən. Amma Allah şahiddir, o münafiqlər yalançıdırlar. Əmin olduqlarını qalxan edib Allahın yolundan çəkildilər. Nə pis davranırlar! Bu ondandır: onlar əvvəlcə inandılar, sonra kafir oldular. Sonra qəlblərində yeni bir şey yarandı, artıq anlamazlar. Onları gördüyün zaman cüssələri səni həvəsləndirir. Danışarlarsa nitqlərini dinləyirsən. Sanki dayalı kötüklər kimidirlər. Hər gurultunu əleyhlərinə sanarlar. Bax, düşmən onlardır. Onlara qarşı diqqətli ol. Allah canlarını alsın, necə də yalana sürüklənirlər!

Onlara: «gəlin, Allahın Elçisi sizin üçün bağışlanma diləsin» deyildiyi zaman başlarını çevirərlər. Baxarsan ki, özlərini bçyük görərək geri çəkilirlər. İstər bağışlanmalarını dilə, istər   diləmə, dəyişməz. Allah onları bağışlaycaq deyildir. Çünki Allah qarışdırıcılar toplumunu yola gətirməz.

Onlar bu sözü belə söylədilər: «Allahın Elçisinin yanındakılarına bir şey verməyin, dağılıb getsinlər.» Elə isə göylərin və yerin xəzinələri Allahındır, amma o münafiqlər anlamazlar. Belə dedilər: «hələ Mədinəyə dönək, güclü olan gücsüz olanı əlbəttə sürüyüb çıxaracaqdır.» Elə isə güc Allahdadır, Elçisindədir və inananlardadır, amma münafiqlər bilməzlər.» (Münafiqun, 1-8)

Zeyd bin Erkam bu ayələrlə bağlı bunları anlatmışdır: peyğəmbər (ə) birlikdə bir döyüşə getmişdik. Ordu sıxıntılar içində idi. Abdullah bin Ubeyy yoldaşlarına belə dedi: «Allahın Elçisinin (ə) yanındakılara nafaka verməyin ki, dağılsınlar. Hələ Mədinəyə dönək, güclü olan gücsüz olanı oradan çıxaracaqdır.» Bunu dərhal Peyğəmbərə (s.a.s) xəbər verdim. Abdullah bin Ubeyyi çağırıb sorğuladı. O, da belə bir şey söyləmədim, deyərək and içdi. «Zeyd yalan söylədi» dedilər. Bu mənə çox ağır gəldi. Sonra Allah Təala Münafiqun surəsini nazil etdi.

Almalılı Məhəmməd Həmdi Yazır şərhlə bunları deyir:

Abdullahın qövmü içərisində etibarı vardı, böyük sayılırdı. Üseyd bin Xudayr gəldi. «Ey Allahın Elçisi!» dedi. «Ona fikir vermə, yumşaq davran. Vallahi, Allah səni göndərdiyi sırada qövmü ona tac geydirmək üçün muncuq düzürdü. O, səni krallığını əlindən almış görür.»

Abdullah bin Ubeyyin oğlu Abdullah təmiz bir mömin idi. Atasının etdiklərini öyrənincə Allahın Elçisinin (s.a.s) hüzuruna gəldi. «Ey Allahın Elçisi! Eşitdim ki, Abdullah bin Ubeyyi sizə çatan sözünə görə öldürmək istəyirmişsən. Əgər edəcəksiniz, mənə əmr edin başını gətirim. Vallahı, bütün Həzrəc bilir ki, içlərində atasına məndən sayğılısı yoxdur. Qorxuram ki, başqa birinə əmr edərsiniz, o atamı qətl edər, mən də atamın qatilinin xalq içində gəzməsinə dözə bilməyib, tutar onu vuraram. Bir mömini bir kafirə qarşılıq öldürmüş olur, bu səbəblə də atəşə girərəm.» dedi. Allahın Elçisi (ə) belə buyurdu:

«Xeyr. Biz onunla yumşaq davranırıq. Aramızda olduğu müddətcə yaxşı davranırıq.»

Abdullahın davranışı hər nə qədər çox pis idisə də, qırmızı cizgini çiynəmədiyi üçün yuxarıdakı ayələr gərəyincə Peyğəmbərimiz (s.a.s) onunla yaxşı davranmışdır. Bu kimilərini ən çox narahat edən şey həqiqətin söylənməsidir. Ayələrdə olduğu kimi yalan hərəkətlərini sayıb tökdükdən və cəza haqq etdikləri məsələsində ictimai rəy yaratdıqdan sonra yaxşı davranılması onları təkliyə sürükləyər və ətrafındakılar belə onları tərk etməyə başlayarlar. Necə ki, Peyğəmbərimizin (s.a.s) yaxşı davranışı Abdullahın çevrəsindəkilərə İslamı qazandırmışdır.1

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Mənbə: Abdulaziz Bayındır, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, Azərbaycan dilinə uyğunlaşdıran İsmayılova Könül, s. 275-276. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbər haqqında “kainatın əfəndisi” demək olar? 24.03.11 274 dəfə oxundu
2 Muhəmməd peyğəmbərin neçə hədisi var? 29.10.11 199 dəfə oxundu
3 Muhəmməd peyğəmbərin anadan olma və vəfat tarixləri 04.08.09 415 dəfə oxundu
4 Peyğəmbər (s. a. v.) münafiqlərə necə münasibət bəsləyib? 16.06.10 294 dəfə oxundu
5 Muhəmməd peyğəmbərə o biri peyğəmbərlər kimi möcüzə verilib? 28.04.10 491 dəfə oxundu
6 Həzrəti Xədicənin peyğəmbərlə ailə qurduğu vaxt uşağı var idi? 18.06.10 439 dəfə oxundu
7 Peyğəmbərin nəvələri və nəslinin davam etməsi 13.08.09 449 dəfə oxundu
8 Peyğəmbərin Qurandan başqa möcüzəsi yoxdursa, merac nədir? 09.07.10 641 dəfə oxundu
9 Peyğəmbərə cadu olunub? 22.01.11 470 dəfə oxundu
10 Muhəmməd peyğəmbər Cənnətdə Məryəm ana ilə evlənəcək? 25.02.10 677 dəfə oxundu
11 Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var? 25.03.10 364 dəfə oxundu
12 Peyğəmbərin bütün hərəkətləri bizim üçün sünnədir? 01.02.11 294 dəfə oxundu
13 Məgər Allah Uhud döyüşündə peyğəmbəri qorumadı? 05.03.11 286 dəfə oxundu
14 Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir? 07.03.11 254 dəfə oxundu
15 Allah haqda “cc”, peyğəmbər barədə “s. a. v.” ixtisarını işlətmək olar? 22.05.11 231 dəfə oxundu
16 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 553 dəfə oxundu
17 Peyğəmbər necə təyəmmüm edirdi? 27.06.11 273 dəfə oxundu
18 Merac hadisəsi peyğəmbərin möcüzələrindən biri deyilmi? 29.06.11 191 dəfə oxundu
19 Peyğəmbər bizim bütün əməllərimizi görür? 05.07.11 273 dəfə oxundu
20 Peyğəmbərimiz (s. a. v.) iftardan sonra necə dua edirdi? 03.04.10 779 dəfə oxundu
21 Hucurat surəsinin 7-ci ayəsini necə başa düşmək lazımdır? 02.01.12 106 dəfə oxundu
22 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 85 dəfə oxundu
23 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 231 dəfə oxundu