Cavab: İslam dinində ibadətləri yerinə yetirməyə görə cavabdeh olmaq dövrünə həddi-büluğ dövrü deyilir. Bu dövr oğlan uşaqlarının möhtəlim olduqları (kirlənmə, pollusiya), qız uşaqlarının da heyz olmağa (aybaşı, menstruasiya) başladıqları vaxtdır. Bu barədə aşağıdakı keçiddən oxuyun:
http://www.muselmanlar.com/fitvalar/2183.html
Məsələyə bu baxımdan yanaşdıqda məlum olur ki, bir qız uşağı ilk dəfə aybaşı halı ilə qarşılaşdığı vaxtdan etibarən dinin namaz qılmaq, oruc tutmaq və sairə kimi buyuruqlarını yerinə yetirməli və dini qadağalardan uzaq durmalıdır. Bu qız uşağı heyz müddəti başa çatan kimi təmizlənib namazlarını qılmağa başlamalıdır. Yaşının kiçik olmağı və hələ də uşaq hərəkətləri etməyi buna maneə təşkil etmir.
Bu kimi hallarda qızın ailəsinin, xüsusən də anasının üzərinə böyük məsuliyyət düşür. Ana öz qızına bu təzə hadisəni yaxşı-yaxşı izah etməli və ona dini cəhətdən cavabdeh olduğu şeyləri başa salmalıdır. Lazım olduğu təqdirdə mütəxəssislərə müraciət etmək də olar.
Bu barədə geniş məlumat üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/2184.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: dini cavabdehlik vaxtı, dini qadağalardan uzaq durmaq, dinin buyuruqlarıni yerinə yetirmək, namaz nə vaxt vacibdir?, oruc nə vaxt fərzdir?, qız uşağının menstruasiya periodu, uşaq nə vaxt mükəlləf olur?