Müsəlmanlar

Oral cinsi əlaqə

Sual: Dində oral əlaqə (ağız yoluyla seksual münasibət) barədə nə deyilir?

Cavab: İslam dinində bu məsələ ilə əlaqədar bir hökm yoxdur. Lakin bu cür bir əlaqə korlanmamış olan insan təbiətinə ziddir. Başqa sözlə, məkruhdur. ((Allahın qəti olmayan bir dillə etməməyimizi əmr etdiyi hərəkət.))

Bəqərə surəsinin 222 və 223-cü ayələrini oxusanız, anal cinsi (tərs yoldan cinsi əlaqə, anus dəliyindən istifadə etməklə qurulan cinsi münasibət) dini cəhətdən düzgün olmadığını başa düşərsiniz. Peyğəmbərin (s. a. v.) anal cinsi əlaqəni qadağan edən hədislərini bu cür qiymətləndirmək lazımdır. Oral yolla əlaqə isə məsləhət görülməsə də, qabaq və arxa hissədən həyata keçirilən bir cinsi əlaqə növü deyil. Əgər elə olsaydı, anal əlaqəni qadağan edən hədislər varid olduğu kimi, bu məsələdə də mütləq bir qadağa xəbəri gələrdi.

Bunu yaxşı hesab etməyən alimlərin dəlilləri xəstəlik tutmaq və yoluxmaq qorxusudur.

Bu məsələ ilə əlaqədar nəss (ayə və hədis kimi qəti bir dəlil) olmadığına görə də məkruh hökmü verilir.

Məkruh əməl haram əməl kimi deyil. Haram əməl haqqında qadağan olduğuna dair qəti bir hökm olan əməldir.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.