Müsadirə olunmuş malları alıb satmaq olar?
Müsəlmanlar > Al-ver > Fitvalar Tarix: 14 iyun 2010 Tövsiyə et Çap et
Sual: İslam dinində məhkəmə vasitəsilə müsadirə edilmiş malları satmaq barədə nə deyilir? Bu məsələ ilə əlaqədar bir ictihad var?

Cavab: İslam hüququ alimlərinin əksəriyyəti borcluların mallarının müsadirə edilib, satılmağını düzgün (caiz) hesab edirlər. Bu formada satılan malı (bir şeyi) almaq da halaldır. Bu hökmün verilməsində ən mühüm hüquqi əsas peyğəmbərimizin (s. a. v.) Muaz ibn Cəbəlin iflas etdiyinə qərar verib, mallarına həcz qoyaraq satdırmağı və satışdan götürülən pulu alacağı olanlara paylamağıdır.1

Həzrəti Ömər də Üseyfi Əl-Cuhəni adlı bir adamın mallarına həcz qoydurub, satdırmış və əldə olunan pulları alacağı olanlara verdirmişdir.2

Peyğəmbərimiz belə demişdir:

“Ödəməyə gücü çatan bir şəxsin borcunu ödəməyib gecikdirməyi ona cəza verməyi və özünü də danlayıb, məzəmmət etməyi halal qılır”.3

İbrahim Ən-Nəxai, İbn Sirin, Zeyd ibn Əli, Əbu Hənifə və İmam Züfər kimi alimlərin fikrincə borcu olan şəxsi həcz etmək, malına da həcz qoyub, satmaq olmaz. Çünki həcz borclunun mallarının onun razılığı olmadan satılmağı deməkdir. Malın yiyəsinin razılı olmayan əqd isə səhih deyil. Bu alimlərin fikrinə əsasən tətbiq olunmalı olan cəza borclunu borcunu ödəyənə qədər həbsdə saxlamaqdır.

Əbu Hənifə həcz yolu ilə satmağın caiz olmaması istiqamətindəki hökmünü verdiyi vaxt xüsusi olaraq: “Ey iman gətirənlər! Bir-birinizin malını haqsızlıqla yeməyin! Bu ancaq qarşılıqlı razılıq yolu ilə baş verən alış-satışla ola bilər”4 ayəsini və: “Müsəlman bir şəxsin malı ancaq onun könlünün razılığı ilə halaldır”5 hədisini göstərir.

Lakin Əbu Hənifə borclunun malına həcz qoyub, məcburi icra yolu ilə satılmağını qayda kimi caiz hesab etməməklə yanaşı, bəzi hallarda borclunun malının məcburi qaydada alınıb, alacağı olana verilməsinin mümkünlüyünü də qəbul etmişdir. Belə ki, alacağın növü ilə borclunun malının növü eynidirsə, misal üçün, alınmalı olan şey qızıldırsa, borclunun da qızılı varsa, bu halda borclunun borcu məcburi surətdə ödətdirilir.

Əbu Hənifə hətta pul alacaqlıları üçün istihsanən ikinci bir həll formasını da qəbul edib. Bu qaydaya əsasən bir misal verək: Əgər borclunun qızıl borcu varsa və öz malı gümüşdürsə, hakim onun gümüşlərini satıb (satdırıb), qızıl alır (aldırır) və həmin qızılı alacaqlıya verir (verdirir).6

Həcz qoyulan malın satışının caiz olmağı o deməkdir ki, həmin malı almaq da olar.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Şövkani, Neylu-l-Əvtar, 5-ci cild, s. 275-276. Əlavə olaraq baxın: Müslim, Müsəqat, 18. []
  2. Səraxsi, Əl-Məbsut, 24-cü cild, s. 164. []
  3. Buxari, İstiqraz, 14. []
  4. Nisa, 4/29. []
  5. Darəqutni, III, 26. []
  6. Fahrettin Atar, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, “Haciz” bəndi, 14-cü cild, s. 518-519. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Borc almaq və onu qaytarmaq barədə 30.07.09 322 dəfə oxundu
2 Eyni malın nağd və nisyə qiymətlərində fərq ola bilər? 30.07.09 285 dəfə oxundu
3 Bir malı nağd qiymətindən artıq qiymətə satmaq olar? 30.07.09 269 dəfə oxundu
4 Alverdə gəlirin həddi 30.07.09 387 dəfə oxundu
5 Müsadirə olunan və hərracla satılan malları almaq olar? 13.04.11 213 dəfə oxundu
6 Peyğəmbər yəhudilərlə al-ver edib? 19.12.09 466 dəfə oxundu
7 İnternetdə kliklə pul qazanmaq düzgündür? 06.02.10 587 dəfə oxundu
8 İmam Əbu Hənifə al-verdə bir gəlir limiti müəyyənləşdirib? 27.03.10 389 dəfə oxundu
9 Satılan malın bütün xüsusiyyətlərini alıcıya bildirmək lazımdır? 05.01.12 111 dəfə oxundu
10 Mən banklardan kredit götürən adamlara maşın sata bilərəm? 15.04.10 822 dəfə oxundu
11 Bir malın qiyməti qalxsa, biz də qiyməti artıra bilərik? 21.04.10 266 dəfə oxundu
12 Əldəki malı təzə qiymətlə satmaq olar? 21.04.10 228 dəfə oxundu
13 Forex sistemi ilə valyuta alıb satmaq düzgündür? 27.04.10 342 dəfə oxundu
14 Pişik və it alıb satmaq olar? 27.04.10 460 dəfə oxundu
15 Hərraclarda hər təzə təklif üçün ayrı bir məbləğ almaq dini cəhətdən düzgündür? 28.04.10 228 dəfə oxundu
16 Başqa model maşın öhdəliyi götürmək düzgündür? 28.04.10 248 dəfə oxundu
17 Məscidin qabağında al-ver 01.05.10 950 dəfə oxundu
18 Bir malın mənşəyini dəyişdirmək düzdür? 14.06.11 255 dəfə oxundu
19 Müsadirə olunmuş malları alıb satmaq olar? 14.06.10 258 dəfə oxundu
20 Hələ çiçək açmamış meyvəni ağacda ola-ola satmaq düzdür? 06.08.10 269 dəfə oxundu
21 Qanunsuz malı almaq günahdır? 11.12.10 263 dəfə oxundu
22 Qızılı satan kimi aşağı qiymətlə təzədən almaq düzgündür? 17.12.10 446 dəfə oxundu
23 İçki satılan yerdən ayın-oyun almaq olar? 05.01.11 350 dəfə oxundu
24 Bir malı almaq fikrindən daşınan alıcı cərimə verməlidir? 19.01.11 295 dəfə oxundu
25 Ətriyyat al-veri etmək olar? 24.01.11 307 dəfə oxundu
26 Al-verdə 100% qazanc götürmək halaldır? 01.02.11 404 dəfə oxundu
27 Bina hələ tikilməmiş mənzilləri satmaq və almaq olar? 11.02.11 324 dəfə oxundu
28 Satış nümayəndəliyi alıb rəqabətə mane olmaq düzdür? 14.02.11 276 dəfə oxundu
29 Kişilərə qızıl və ipək satmaq haramdır? 24.02.11 303 dəfə oxundu
30 Çek xırdalatmaq düzdür? 29.04.11 186 dəfə oxundu
31 Lyoness sistemindən pul qazanmaq olar? 13.07.11 264 dəfə oxundu
32 Nisyə satılan bir malın pulu təzə qiymətlə verilməlidir? 06.10.11 130 dəfə oxundu
33 Ev alqı-satqısı ilə məşğul olmaq haramdır? 08.10.11 220 dəfə oxundu
34 Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almaq haramdır? 21.12.11 99 dəfə oxundu
35 Sabit bir xeyir götürmək üçün pulumu zərgərə verə bilərəm? 26.09.11 169 dəfə oxundu
36 Bir şeyi tərəzidə çəkəndə tara nəzərə alınmalıdır? 10.01.12 143 dəfə oxundu
37 Səhm alqı-satqısı ilə məşğul olmaq olar? 17.01.12 82 dəfə oxundu
38 Qiyməti qızışdırmaq halaldır? 01.02.12 92 dəfə oxundu
39 Birinin ehtiyacı olan malı nağd alıb ona nisyə satmaq olar? 02.02.12 75 dəfə oxundu
40 Haram olan bir şeyi istehsal etmək və satmaq olar? 06.02.12 63 dəfə oxundu