Qəbristanlığın yanından keçdikdə musiqiyə qulaq asmaq olar?
Müsəlmanlar > Fitvalar > Qəbristan-Qəbir ziyarəti Tarix: 14 Haziran 2010 Tövsiyə et Çap et
Sual: Qəbristanın yanından keçdiyimiz vaxt musiqiyə qulaq asa bilərik? Yoxsa həmin vaxt musiqiyə qulaq asdığımız cihazı bağlamalıyıq? Ümumiyyətlə, bu haramdır, yoxsa məkruh?

Cavab: Dində bir şeyə haram demək üçün gərək o şeyin haqqında qəti bir dəlil-sübut olsun. Sizin qeyd etdiyiniz məsələyə dair qadağan edici qəti bir dəlil yoxdur. Odur ki, buna haram demək olmaz. Bir sözlə, qəbristanlığın yanından keçərkən maşındakı maqnitofon və sairə kimi cihazlardan gələn musiqi səsini azaltmaq və yaxud cihazı tamamilə bağlayıb söndürmək adət-ənənədir; dini cəhətdən məcburi deyil. İnsanlar bunu adətən hörmət əlaməti kimi qəbul edirlər.

Qəbristanlığın içindən və yanından keçdikdə, yaxud oranı ziyarət etdikdə qəbirlərdə yatan müsəlmanlara salam verib dua etmək lazımdır. Bu barədə peyğəmbərimizdən (s. a. v.) nəql olunan mötəbər rəvayətlər var. Onlardan bəziləri aşağıdakı kimidir:

Həzrəti Ayşədən (r. a.) nəql olunduğuna görə peyğəmbər (s. a. v.) hər gecə, gecənin axırlarına doğru Bəqi qəbristanlığına gedir və belə deyirdi:

“Sizə salam olsun ey möminlər diyarı! Sizə sabah veriləcəyi vəd olunan şey verilib. Siz gözləyirsiniz (gözlədilirsiniz). İnşallah biz də sizə qoşulacağıq. Allahım! Bu Bəqi-i-Ğərqadda (بقيع غرقد) yatanlara məğfirət et”.1

Müslimin Səhih külliyatındakı başqa bir rəvayətə əsasən həzrəti Ayşə (r. a.) peyğəmbərimizdən soruşub ki, qəbirdəki ölülər üçün necə dua etmək lazımdır? Peyğəmbər (s. a. v.) bu suala belə cavab vermişdir:

“Salam olsun mömin və müsəlmanlardan bu diyarda yatanlara! Allah bizim keçmişlərimizə (bizdən əvvəlkilərə) də, gələcəklərimizə (bizdən sonra gələnlərə) də rəhmət etsin. Biz də inşallah sizə qoşulacağıq”.2

Müslimin külliyatında mövcud olan digər bir rəvayətə əsasən peyğəmbərimiz əshabələrə qəbirdə yatanlara belə dua etməyi öyrədib:

“Salam olsun sizə ey bu diyarın mömin və müsəlman olan camaatı! Biz də inşallah (sizin) yanınıza gələcəyik. Allahdan bizim və sizin üçün məğfirət diləyirəm”.3

İbn Abbasdan (r. a.) rəvayət olunduğuna görə o, belə demişdir:

“Rəsulullah (s. a. v.) Mədinə qəbristanlıqlarını ziyarət etdi və üzünü qəbirdəkilərə tərəf çevirib belə dedi”:

“Ey bu qəbirlərdə yatanlar! Allahın salamı sizin üstünüzə olsun! Allah bizi də, sizi də bağışlasın. Siz bizim qabağımızdan gedənlərsiniz. Biz də sizin izinizdən (arxanızca) gələcəyik”.4

İbn Macənin külliyatında belə bir hədis də var:

“Salam olsun sizə ey mömin bir qövmün qəbristanlıq camaatı! Siz bizim əvvəlimizsiniz. Bu mütləqdir ki, biz də sizə qoşulacağıq. Allahım, bizi onların savabından məhrum etmə. Və bizi onlardan sonra haqq yoldan azdırma”.5

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Müslim, Cənaiz, 102 (974). []
  2. Müslim, Cənaiz, 103. Əlavə olaraq baxın: Nəsai, Cənaiz, 103. []
  3. Müslim, Cənaiz, 104 (975). []
  4. Tirmizi, Cənaiz, 59. Əlavə olaraq baxın: Nəsai, Cənaiz, 103. []
  5. İbn Macə, Cənaiz, 36. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
3.050 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qəbir ziyarəti 29.06.09 4.159 dəfə oxundu
2 Qəbir əhlindən bir şey istəmək olarmı? 25.05.16 1.458 dəfə oxundu
3 Heyzli qadının qəbir üstünə getməsi 29.06.09 3.867 dəfə oxundu
4 Qəbirstanlıqlarda radiodan Quranın yayınlanması nə dərəcədə doğrudur? 18.11.16 676 dəfə oxundu
5 Ölülərdən kömək istəmək düzgündür? 29.06.09 2.714 dəfə oxundu
6 Adətli/heyzli qadın qəbir üstünə gedə bilərmi? 20.03.18 93 dəfə oxundu
7 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 3.130 dəfə oxundu
8 Bayram günü qəbir üstünə getmək dini cəhətdən düzgündür? 02.04.10 2.997 dəfə oxundu
9 Qəbirdən torpaq götürmək və gül-çiçək qopartmaq günahdır? 04.06.10 4.851 dəfə oxundu
10 Qəbristanlığın yanından keçdikdə musiqiyə qulaq asmaq olar? 14.06.10 3.050 dəfə oxundu
11 Fatihəni mütləq pirin içində vermək lazımdır? 23.12.10 2.473 dəfə oxundu
12 Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər? 21.01.10 11.172 dəfə oxundu
13 Qəbristanlıqda məscid tikmək olar? 03.03.11 2.110 dəfə oxundu
14 Qəbristanlıq şəhərdə olmalıdır, yoxsa qıraqda? 28.05.11 6.493 dəfə oxundu
15 Ölülər eşitmirlərsə, biz niyə onlara salam veririk? 24.06.11 3.428 dəfə oxundu
16 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.474 dəfə oxundu
17 Pir və ziyarətgahlar 07.12.10 19.964 dəfə oxundu
18 Qəbirlərə şəkil qoydurmaq olar? 10.01.12 4.079 dəfə oxundu
19 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.189 dəfə oxundu
20 Qəbirlərin təhqir edilməsinə münasibət 01.11.13 1.506 dəfə oxundu